Azərbaycanda nadir xəstəliklərin müalicəsində müasir yanaşma və klinik hallar konfransda müzakirə edilib
04 Mart 2025
1174
TƏBİB və Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Yeni Klinikada Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş "Azərbaycanda Nadir Xəstəliklərin Müalicəsində Müasir Yanaşma və Klinik Hallar" mövzusunda elmi konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli və Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov və digər əməkdaşlar iştirak edib.
Konfransın açılış mərasimində çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov nadir xəstəliklərin səhiyyə sistemində xüsusi diqqət tələb etdiyini vurğulayaraq, onların erkən diaqnostikası və effektiv müalicəsi üçün multidisiplinar yanaşmanın vacibliyini qeyd edib.
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov nadir xəstəliklərin müalicəsində dövlət dəstəyinin və səhiyyə sisteminin üzərinə düşən vəzifələrin vacibliyini vurğulayıb. O, konfransın həm elmi müzakirələr, həm də pasiyentlərə göstərilən tibbi dəstəyin inkişaf etdirilməsi üçün vacib platforma olduğunu deyib.
Digər çıxışçılar da nadir xəstəliklərin diqqət mərkəzində saxlanılmasının və onların müalicəsində multidisiplinar yanaşmanın vacibliyinin əhəmiyyətini vurğulayıblar.
Konfransın elmi hissəsində müxtəlif ixtisaslardan olan mütəxəssislər nadir xəstəliklərin diaqnostikası, klinik halları və müasir müalicə metodlarına dair məruzələrlə çıxış ediblər. Tədbirdə Bakı Sağlamlıq Mərkəzi, Respublika Pediatriya Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Yeni Klinika, Baku Medical Plaza, Mediland Hospital, Lor Hospital, Kliniki Tibbi Mərkəz, Milli Hematologiya Mərkəzi və Azərbaycan Tibb Universiteti kimi qabaqcıl tibb müəssisələrinin nümayəndələri iştirak ediblər.
Nadir xəstəliklərə dair maarifləndirməni artırmaq, bu sahədə çalışan mütəxəssisləri və pasiyentləri bir araya gətirmək, həmçinin diaqnostika və müalicə imkanlarını müzakirə etmək məqsədilə təşkil edilən konfransda ümumilikdə 300-dən çox həkim-mütəxəssis, tədqiqatçı və ictimai təşkilat nümayəndəsi iştirak edib. Qeyd edək ki, tədbir nadir xəstəliklərin idarə olunmasında əməkdaşlığın gücləndirilməsi və pasiyentlərə daha effektiv dəstəyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edib.
Konfransın sonunda təqdim olunan klinik hallar üzrə iştirakçıların sualları cavablandırılıb və tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026522
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026162
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026154
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026148
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026118
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026108
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026106
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026106
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202674
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202666