Daxili xəstəliklər sahəsində yeni perspektivlər və beynəlxalq əməkdaşlıq müzakirə edildi
05 Mart 2025
572
Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin I Milli Konqresində Avropa və Azərbaycan səhiyyəsi ilə bağlı onlarla mövzu üzrə çıxışlar olub, son illər bu sahədə baş verən yenilik, çətinlik və prespektivlər müzakirəyə çıxarılıb.
Azmedinfo.az xəbər verir ki, ölkəmizdən və xaricdən 350-yə yaxın mütəxəssisin qatıldığı I Milli Konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təsisçisi və sədri Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin prezidenti Rikardo Qomez Huelqas, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və digər rəsmi şəxslər konqresin əhəmiyyətindən danışıblar.
Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin yaranma tarixi və dərnəyin əsas məqsədi haqqında məlumat verən təsisçisi və sədri B.Yusubov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun dərnəyin fəaliyyətinə xüsusi diqqət etdiyini qeyd edərək bildirib ki, hələ 2023-cü ildə TƏBİB və Azərbaycan Daxili Xəstəliklər Dərnəyi arasında memorandum imzalanıb.
Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin I Milli Konqresinə qatılan Avropa Daxili Xəstəliklər Cəmiyyətinin prezidenti Rikardo Qomez Huelqas Azərbaycanda ilk dəfə olduğunu və gördükləri yenilik və inkişafdan razı qaldığını bildirib. O, Avropa və Azərbaycan səshiyyəsi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadilələrinin önəmini qeyd edərək, bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi üçün addımların atılacağını bildirib.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov da çıxış edərək, əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin daha da əlçatan olması, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə ölkədə tətbiq olunan icbari tibbi sığorta sisteminin uğurlarından danışıb. O, konqres çərçivəsində səsləndirilən təkliflərin dəyərləndiriləcəyini də xüsusi vurğulayıb.
Azərbaycan səhiyyəsinin özünün ən uğurlu dönəmlərini yaşadığını deyən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov dövlət tərəfindən səhiyyə sahəsinə diqqətin artırılması və islahatların həyata keçirilməsi nəticəsində son illər kifayət qədər böyük uğurlara nail olunduğunu bildirib.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev dərnəyin yarandığı gündən aktiv fəaliyyət göstərdiyini qeyd edib, konqres münasibətilə dərnək üzvlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, üç gün davam edən tədbirdə 15 sessiya keçirilib və müxtəlif həkim-mütəxəssislər tərəfindən 47 mövzu üzrə çıxışlar edilib. Məruzəçi qismində çıxış edənlər sırasında Yeni Klinikanın həkim-mütəxəssisləri də yer alıblar.
Belə ki, Barat Yusubov, həkim-pulmonoloq Çağla Xurşud Hüseynova, Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Sevil Cəlilova və həkim-infeksionist Mədinə Abdullayevanın moderatorluğu ilə baş tutan sessiyalarda Reanimasiya şöbəsinin müdiri, anestezioloq-reanimatoloq Emil Qasımov, Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şahanə Ələsgərli, həkim-infeksionist Mədinə Abdullayeva, həkim-terapevt Nərmin Beydulova, həkim-terapevt Aygül Daşdəmir, həkim-terapevt Gülxar Süleymanova, həkim-terapevt Könül Əhmədova, həkim-endokrinoloq Nərimanə İmanova Yağcı, həkim-infeksionist Səxavət Xəlilli və həkim-nefroloq Nərmin Ömərli müxtəlif mövzularda çıxış ediblər.
Konqres zamanı həmçinin məqalə müsabiqəsinin qalibləri elan olunub. Həkim-rezident Nəzrin Ömərli və həkim-rezident Məhəmmədəli Muradlı müsabiqə şərtlərinə əsasən ən yaxşı məqalə müəllifləri olaraq təltif ediliblər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654