“Kürsüdə Yalnız Xanımlar” - Yeni Klinikada tədbir
07 Mart 2025
470
Yeni Klinikada 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Kürsüdə Yalnız Xanımlar” adlı tədbir baş tutub.
Azmedinfo.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 8 mart - Beynəlxalq Qadınlar Günü təbriki diqqətə çatdırılıb.
Qadınların cəmiyyətimizdə oynadığı əvəzsiz rolu vurğulamaq və onların fədakar əməyini dəyərləndirmək məqsədilə təşkil olunan tədbirdə klinika rəhbərliyi, tibb və qeyri-tibb heyət, eyni zamanda xüsusi qonaqlar iştirak ediblər.
Xanımların fəaliyyəti, eləcə də onların peşəkar uğurlarına dair müzakirələrin aparıldığı tədbirdə millət vəkili Günay Ağamalı, Nizami Rayon İcra Hakimiyəti başçısının müavini Könül Həsənova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Yeni Klinikanın direktor müavini Gülnar Nuriyeva, 109 saylı məktəbin müəllimi Elza Məmmədova, Daxili İşlər Nazirliyinin Tibb xidməti kapitanı Gülər İsayeva, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Lalə Qasımova və Yeni Klinikanın Dəstək xidmətləri şöbəsinin əməkdaşı Günay Adıgözəlova çıxış edərək, bayram təbriklərinə qoşulublar.
Müxtəlif peşəyə sahib və əmək fəaliyyətində seçilən xanımların çıxış etdiyi tədbirdə qadınların mənəvi, mədəni ənənələrin qoruyucusu olmaqla yanaşı həm də müstəqil respublikamızın inkişafında, kişilərlə bərabər dövlət quruculuğunda, eyni zamanda siyasi qərarların verilməsində fəal iştirak etdiyi vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycan qadının zəriflik, icəlik rəmzi olmaqla yanaşı həm də güc, iradə və müstəqil düşüncənin təcəssümü olduğu qeyd edilib.
Tədbir zamanı Beynəlxalq Qadınlar Günü münasibətilə klinikada fəaliyyət göstərən 100-dən çox xanım direktor Barat Yusubov tərəfindən təşəkkürnamə ilə təltif edilib. Barat Yusubov xanımları ürəkdən təbrik edərək bəşəriyyətin ən həssas, ən qayğıkeş, ən zərif, ən incə varlığı olan qadınlara cansağlığı arzulayıb.
Sonda Beynəlxalq Muğam Mərkəzinin solistləri – “Muğam Televiziya Müsabiqəsinin” qalibi Günay İmamverdiyeva, tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov və nağarada Elvin Muradlı ifa ediblər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654