İki qardaş ölkənin səhiyyə əməkdaşlığında yeni səhifə
09 Aprel 2025
1000
TƏBİB-in, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Respublika Pediatriya Mərkəzinin və “Çocuk Acil Yoğun Bakım Derneği”nin təşkilatçılığı ilə I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilir.
Azmedinfo.az xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, “Ankara Universiteti Cebeci Hastanesinin” baş həkimi Tanıl Kendirli, “Türk Çocuk Acil Yoğun Bakım Derneği”nin rəhbəri, professor Özlem Tekşam, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, eləcə də tibb işçiləri iştirak ediblər.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxışında bildirib ki, səhiyyə sahəsinə, xüsusilə uşaqların sağlamlığına olan dövlət dəstəyi, qayğısı hər zaman hiss olunub. A.İsrafilov qeyd edib ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb və mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılması olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 3 315 tibbi xidmət aiddir və onların bir hissəsi yenidoğulmuşlara, eləcə də uşaqlara aid olan tibbi xidmətlərdir. Milli Peyvənd Təqvimində yer alan peyvəndlər, immunizasiya tədbirləri, uşaqların müalicə və müayinələri üçün göndərişlərin verilməsi icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin uşaqlarda tez-tez rastlaşan tənəffüs sisteminin, həzm sistemi xəstəliklərinin müalicəsi və anadangəlmə ürək qüsurlarının müalicəsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi kimi əməliyyatlar sığorta hesabına qarşılanır.
Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov son illərdə Azərbaycanda tibbin inkişafı üçün saysız islahatların aparıldığını diqqətə çatdırıb. O bildirib ki, 3 000-dən çox tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, hər il xidmət çeşidliliyinin artırılması, tibbi xidmətin asan əlçatanlığının təmin edilməsi, kadr islahatlarının aparılması, xaricdə təhsil alan və yüksək təcrübəyə sahib olan mütəxəssislərin işə cəlb edilməsi aparılan islahatların nümunələrindəndir.
“Ankara Universiteti Cebeci Hastanesinin” baş həkimi, konfransın həmsədri Tanıl Kendirli I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransının 3 kursdan, 12 panel və 35 pediatriyanın ən aktual mövzularını əhatə edən təqdimatlardan ibarət olduğunu diqqətə çatdırıb.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Türkiyə və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. B.Akgün vurğulayıb ki, TİKA tərəfindən nümayəndəliyi açılan ilk ölkələrdən biri Azərbaycandır və 1994-cü ildən etibarən qurum tərəfindən ancaq sağlamlıq istiqamətində 160 layihə icra olunub.
Ankara Universitetinin rektoru, professor Nejdet Ünüvar konfransa onlayn olaraq qoşulub. Konfrans iştirakçılarını salamlayan professor tədbirin işinə uğurlar arzulayıb və pediatriya istiqamətində görülən işlər barədə məlumat verib. Konfrans bədii hissə ilə davam edib.
Daha sonra Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin ixtisaslaşmış həkim və professor heyəti tərəfindən pediatriyanın müxtəlif sahələrinə dair mövzular, tənəffüs sisteminin təcili vəziyyətləri, kardiologiya, nevrologiya, nefrologiya, hematologiya, allerqologiya, travma və digər təcili hallara aid mövzularda panel müzakirələri təşkil olunub.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654