Sağlamlıq haqqında tibbi arayışlar elektron sistemə inteqrasiya olunur - TƏBİB
13 Fevral 2025
822
Elm və Təhsil Nazirliyi ilə TƏBİB arasında əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sənəd dövriyyəsinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.
Azmedinfo.az xəbər verir ki, bu çərçivədə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı tibb müəssisələri tərəfindən elektron şəkildə təqdim edilən sağlamlıq haqqında tibbi arayışlar birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə ötürüləcək.
Məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın sağlamlıq arayışı tibbi yoxlanışdan keçdikdən 48 saat ərzində sistem üzərindən elektron qaydada valideynin şəxsi kabinetində və qəbul olunduğu təhsil müəssisənin inzibatçı kabinetində əks olunacaqdır. Bu yeniliyə əsasən, valideynlər artıq uşağın sağlamlıq haqqında tibbi arayışını çap edib təhsil müəssisəsinə fiziki şəkildə təqdim etməyə ehtiyac duymayacaqlar.
Tətbiq ediləcək bu yenilik sənədləşmə prosesini sürətləndirəcək, şəffaflığı artıracaq, valideynlər üçün əlavə vaxt itkisini aradan qaldıracaq və kağız daşıyıcılardan istifadənin minimuma endirilməsinə imkan yaradacaq. Bu da öz növbəsində ekoloji dayanıqlılıq prinsiplərinə uyğun olaraq tullantıların azalmasına və karbon izinin minimallaşdırılmasına töhfə verəcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi 2022-ci ildən etibarən www.bq.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654