Azərbaycan və Türkiyə tibbi sığorta sahəsində əməkdaşlığı dərinləşdirir
23 Aprel 2025
638
Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Raci Kayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev ilə görüş keçirilib.
Azmedinfo.az xəbər verir ki, səfər çərçivəsində hər iki qurumun rəhbərləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, ardınca Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini hörmət və ehtiramla anıb, məzarları üzərinə əklil qoyublar.
Zaur Əliyev bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Agentlik və SGK arasında imzalanan Anlaşma Memorandumu artıq 4 ildir ki, icra olunur. Builki fəaliyyət planı tibbi yardımın maya dəyərinin hesablanması, əhalinin icbari tibbi sığortaya dair məmnunluğunun ölçülməsi və ictimai rəyin öyrənilməsi kimi vacib istiqamətləri əhatə edir. Tibbi xidmətlərin dəyərinin tənzimlənməsi, əhalinin icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olması bizim üçün prioritet istiqamətlərdəndir”.
Səmimi görüşə görə təşəkkürünü bildirən Raci Kaya Azərbaycan ilə Türkiyə arasında yalnız səhiyyə və sosial müdafiə sahəsində deyil, bütün istiqamətlərdə yüksək səviyyəli əməkdaşlığın olduğunu vurğulayıb:
“Azərbaycanla uzun illərə dayanan dostluq və qardaşlıq münasibətlərimiz icbari tibbi sığorta sahəsində də güclü əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İndi isə bu əlaqələri daha da genişləndirərək yalnız görüşlərlə məhdudlaşmayan, texniki səviyyədə davamlı iş birliyi qurmağı planlaşdırırıq. Səhiyyə sahəsində yalnız xidmətləri yaxşılaşdırmaq kifayət etmir, bu xidmətlərin maliyyələşdirilməsi də paralel aparılmalıdır ki, sistem davamlı və səmərəli olsun. İnanırıq ki, Azərbaycanda da bu sahədə inkişaf ardıcıl şəkildə davam edəcək və əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq”.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654