Azərbaycan və Britaniya səhiyyə əməkdaşlığında yeni mərhələ
07 May 2025
522
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
Azmedinfo.az-a verilən məlumata görə, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri “Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya”nın yeddinci iclasında və səhiyyə sahəsi üzrə dəyirmi masada iştirak etmək məqsədilə London şəhərində işgüzar səfərdə olub.
Səfər çərçivəsində Böyük Britaniya Baş nazirinin ticarət elçisi Lord Con Alderdis ilə görüş baş tutub. Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlıq məsələlərinə toxunan elçi səhiyyə sahəsi üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində, həmçinin Ümumi Təcrübəli Həkimlərin Kral Kolleci, London Universitet Kolleci və Milli Səhiyyə Xidmətlərinin Liderlik Akademiyasında görüş keçirilib. Görüşlərdə TƏBİB tabeliyindəki tibb müəssisələrində işləyən tibb işçilərinin müxtəlif kurslarda iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İşgüzar səfər zamanı “GlaxoSmithKline” əczaçılıq və biotexnologiya şirkətinin rəsmiləri ilə görüş keçirilib, əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, 30 aprel 2025-ci il tarixində baş tutan Hökumətlərarası Komissiyanın iclasının yekun protokoluna Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tibb sahəsində təcrübəsinin öyrənilməsi məqsədilə mübadilə proqramlarının və təlimlərin təşkili, dövlət-özəl tərəfdaşlığı üzrə imkanların inkişaf etdirilməsi məsələləri daxil edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654