Yaponiya hökuməti tərəfindən Mərkəzi Neftçilər Xəxtəxanasına ianə edilən tibbi avadanlıqların təqdimat mərasimi keçirilib.
Azmedinfo.az-a verilən məlumata görə, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuya, Mərkəzi Neftçilər Xəxtəxanasının (MNX) direktoru Musa Abbasov və xəstəxananın tibb heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, bu ianə xalqlarımız arasında yalnız dostluğun rəmzi deyil, həm də Yaponiyanın qlobal miqyasda əhalinin sağlamlığının qorunmasına və humanitar dəstəyə sadiqliyinin göstəricisidir: “Müasir cihazlar həkimlərə xəstəlikləri daha tez və dəqiq müəyyən etməyə, vaxtında müdaxilə etməyə imkan verir. Bu da xəstələrin daha sürətli və rahat şəkildə tibbi xidmət almasına şərait yaradır”.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, bu avadanlıqlar tibb müəssisəsinin maddi-texniki bazasını gücləndirməklə yanaşı, həkimlərin müasir texnologiyalarla işləməsinə şərait yaradır. Nəticədə, vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edir.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuyanın sözlərinə görə, layihə çərçivəsində xəstəxanaya Yaponiyanın aparıcı şirkətləri olan Canon və Fujifilm istehsalı olan üç növ tibbi avadanlıq - angioqrafiya, daşınabilən rentgen və ultrasəs müayinə cihazları təqdim olunub. O, bu layihənin reallaşmasının gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olacağına ümid etdiyini bildirib.
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib ki, müasir tibbin tələblərinə cavab verən tibbi avadanlıqlara xüsusilə angioqrafiya aparatına xəstəxanada ehtiyac var idi. 3D görüntüləmə funksiyaları ilə təchiz olunmuş cihazın köməkliyi ilə koronar angioqrafiya, stentləmə, TAVI (Transkateter aorta qapağı implantasiyası), EVAR (anevrizmanın endovaskulyar metodla bərpası) kimi mürəkkəb və həyati əhəmiyyət daşıyan müdaxilələri icra etmək mümkündür.
“Canon” şirkətinə aid yeni nəsil angioqrafiya aparatının köməkliyi ilə qan damarlarında daralma, tıxanma, anevrizmalar, anadangəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji halları yüksək dəqiqliklə aşkar etmək mümkündür. Bu avadanlıq diaqnostika ilə yanaşı, balon angioplastikası, stentləmə və insult zamanı aparılan həyati əhəmiyyətli invaziv müdaxilələrdə real vaxt rejimində dəqiq vizualizasiyanı təmin edir. C-qollu aparat xəstəni yerindən tərpətmədən əməliyyat sahəsini müxtəlif bucaqlardan görüntüləməyə imkan verir. Mobilliyi və funksional imkanlarının geniş olması sayəsində trombektomiya və digər təcili prosedurlarda vaxta qənaət edilir.
Fujifilm rəqəmsəl rentgen aparatı yüksək keyfiyyətli və minimal şüalanma dozası ilə rentgen müayinəsi aparmağa imkan verir. Mobil rentgen aparatı yüngül çəkisi, təkərlər üzərində hərəkəti və kompakt dizaynı sayəsində müxtəlif şəraitdə, o cümlədən kiçik məkanlarda rahat rentgen müayinəsi aparmağı mümkün edir. Tibbi avadanlıqların səthi mikrobların yayılmasında yüksək risk daşıyır. Mikrobların yayılma riskini azaltmaq üçün avadanlıq “Hydro AG” antibakterial örtüklə işlənib və bu, ənənəvi örtüklərlə müqayisədə mikrob artımının qarşısını daha effektiv alır.
Fujifilm portativ ultrasəs müayinə aparatı orqan və toxumaların funksional vəziyyətini qiymətləndirməklə yanaşı, katerizasiya, biopsiya, anesteziya kimi tibbi prosedurların təhlükəsiz həyata keçirilməsi üçün istifadə olunur.
Yeni avadanlıqlar MNX-da icbari tibbi sığorta ilə vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edəcək.
Qeyd edək ki, tibbi avadanlıqların ianəsi Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə imzalanmış Notalar Mübadiləsi sənədlərinə əsasən baş tutub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654