Ölkəmizdə minimal invaziv cərrahiyyənin inkişafı məsələləri müzakirə edildi
13 Fevral 2025
682
TƏBİB, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və “Almaz Akademie” Tibbi Treninq Mərkəzinin təşkilatçılığı ilə Qusar rayonunda “Minimal invaziv cərrahiyyədə son nailiyyətlər” adlı regional konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransa TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən 100-ə yaxın iştirakçı qatılıb. OKİ hospitalında keçirilən tədbir çərçivəsində minimal invaziv cərrahiyyənin müxtəlif sahələri – laparoskopik və ümumi cərrahiyyə, ginekologiya, urologiya, diaqnostik və müalicəvi endoskopiya, invaziv radiologiya üzrə aktual problemlərə həsr olunmuş məruzələr dinlənilib.
Konfrans çərçivəsində TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini professor Rəşad Mahmudov, İqtisadiyyat Komitəsinin sədr müavini Azər Badamov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və “Almaz Akademie” Tibbi Treninq Mərkəzinin prezidenti professor Qurbanxan Müslümov, həmçinin AMİCC İdarə Heyətinin sədri Əli Allahverdiyevin moderatorluğu ilə “Regionlarda minimal invaziv cərrahiyyənin inkişafı üçün nə etməli?” mövzusunda panel müzakirələr keçirilib.
Bundan başqa, tədbirdə iştirakçılar üçün praktiki “Hands-On Workshops” və ustad dərsləri təşkil olunub. Canlı yayım vasitəsilə prof. İslam Mahalov tərəfindən "Laparoskpik total histerektomiya", prof. Qurbanxan Müslümov və dr. Vüqar Behbudov tərəfindən "Laparoskopik xolesistektomiya", dr. Həmzət Cigərov tərəfindən litotripsiya əməliyyatı, dr. Zöhrə Azadova tərəfindən "Lazer proktoloji əməliyyatlar", dr. Həcər Həsənova tərəfindən "Endoskopik prosedurlar" əməliyyatları icra edilib və iştirakçılar üçün zala translyasiya edilib.
Konfransın gələcəkdə hər il bir dəfə Qusarda keçirilməsi təklif olunub və bu istiqamətdə region klinikaları, OKİ Hospital, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və “Almaz Akademie” Tibbi Treninq Mərkəzi arasında müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654