Plazmaferez orqanizmi zərərli maddələrdən təmizləyən müalicə üsuludur. Bu prosedur allergik xəstəliklər, kəskin və xroniki zəhərlənmələr, bronxial astma, xroniki bronxit, böyrək çatışmazlığı, bəzi ürək, qan, sinir, endokrin sistem, qaraciyər və dəri xəstəliklərinin əsas və ya köməkçi müalicəsində istifadə olunur.
Azmedinfo.az-a verilən məlumata görə, hamiləlikdə xroniki infeksiyalar, ağır toksikoz və ciftdə qan dövranı pozulmalarında da istifadə oluna bilər. Köməkçi üsul kimi revmatoloji, nevroloji, hematoloji və çoxsaylı orqan çatışmazlığı olan hallarda təyin edilir.
Plazmaferez icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata daxildir. Ötən il ərzində plazmaferezlə bağlı 11 888 tibbi xidmət icbari tibbi sığorta hesabına icra olunub.
Bu tibbi xidmət tibbi göstəriş və ixtisaslı həkim təyinatı ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Nərimanov, Nizami və Xətai tibb mərkəzlərində, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.
Bəzi xəstəliklər zamanı orqanizmdə bakteriya, virus, toksinlər və orqanizmin fəaliyyəti nəticəsində yaranan parçalanma məhsulları kimi zərərli maddələr qan plazmasına daxil olur. Plazmaferez zamanı qan xüsusi cihazla hissələrə ayrılır, plazma zərərli maddələrlə birlikdə çıxarılır, təmizlənmiş qan isə geri bədənə qaytarılır.
Plazmaferez zamanı qanın maye hissəsi olan plazma və hüceyrə elementləri membran və ya sentrifuqa üsulu ilə hüceyrə elementlərindən ayrılır. Zərərli maddələr daşıyan plazma atılır, eritrosit, leykosit və trombositlər isə qan dövranına qaytarılır. Membran üsulunda qan separatora daxil olur, təmizlənərək geri köçürülür. Sentrifuqa üsulunda isə venadan alınan 450-500 ml qan konteynerə yığılır, tərkib hissələrinə ayrıldıqdan sonra yenidən pasiyentə köçürülür. Bu prosedurlar ambulator şəraitdə həkim-transfuzioloqun nəzarəti altında aparılır və bir saatdan çox davam edir.
Plazmaferez zamanı insanın qanından müəyyən miqdarda plazma çıxarılır. Əgər bu miqdar ümumi plazmanın 30%-dən çoxunu təşkil edərsə, insan orqanizmi üçün faydalı olan qan zülalları, laxtalanma üçün vacib maddələr və immun sistemini gücləndirən anticisimlər əhəmiyyətli dərəcədə azalır. Bu maddələrin bərpa olunması isə adətən 7 günə qədər vaxt aparır.
Əgər bir prosedur zamanı ümumi plazmanın 50%-i çıxarılarsa, bədən bu maddələri müstəqil bərpa edə bilmir və vəziyyəti düzəltmək üçün donordan alınmış plazma və ya digər maddələr verilməlidir.
Plazmanın hamısının çıxarılması isə xəstənin sağlamlığına ciddi zərər verə bilər və donor komponentləri ilə belə bərpa oluna bilməz. Buna görə də, plazmaferez proseduru yalnız kritik hallarda həyata keçirilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654