Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin III Beynəlxalq Konqresi - Elmi əməkdaşlığın növbəti addımı
21 May 2025
672
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının 80 illik yubileyinə həsr olunmuş Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin III Beynəlxalq Konqresi keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, Mərkəzi və Qərbi Asiya Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyinin (CWASOS) prezidenti professor Metin Önerci, Dünya Qulaq Burun Boğaz Konqresinin prezidenti (IFOS2026) professor Özgür Yiğit, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri professor Nazim Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
Konqresin rəsmi hissəsini Təşkilat Komitəsinin sədri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov açıq elan edib. O, İnstitutun Otorinolarinqologiya kafedrasının tarixindən danışıb, Azərbaycan səhiyyəsinin, xüsusilə otorinolarinqologiyanın inkişaf ritmi haqqında məlumat verib.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov son dövrlər ölkə səhiyyəsinin təkmilləşməsinə yönəlmiş tədbirlərin, o cümlədən təlimlərin sayının artmasını təqdirəlayiq hesab edərək, bu işdə öz töhfəsini verən bütün tərəflərə minnətdarlığını ifadə edib. A. Nəsirov həkimlərin sertifikasiyası ilə bağlı müsbət dəyişiklər edən, o cümlədən tibb işçilərinin inkişafı üçün çoxsaylı təlimlərə dəstək verən Səhiyyə Nazirliyinə, institutla xəstəxanalar arasında əməkdaşlıq münasibətlərini daim yaxşılaşdıran Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, TƏBİB-lə memorandum imzalayan tərəfdaşlar arasında aktiv əməkdaşlığı ilə seçilən Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinə, o cümlədən konqresdə iştirak edən, bilik və bacarıqlarını ölkəmizdəki tibb işçiləri ilə bölüşən qardaş türkiyəli elm adamlarına, həkim-mütəxəssislərə öz təşəkkürünü bildirib.
Dosent Akif Əfəndiyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının tarixi mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra konqresin elmi proqramına başlanılıb.
Azərbaycanlı məruzəçilərlə yanaşı, Mərkəzi və Qərbi Asiya Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyinin (CWASOS) sədri professor Metin Önerci, 2026-cı ildə İstanbulda keçiriləcək Dünya Qulaq Burun Boğaz Konqresinin (IFOS 2026) sədri professor Özgür Yiğit, Avropa Foniatrlar İttifaqının prezidenti professor Haldun Oğuz, Türk Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Suat Turqut, Beynəlxalq Səhiyyə Təhsili və Araşdırmaları Cəmiyyətinin sədri professor Selim Semed Erbek və digər türkiyəli elm adamları konqresin elmi komitəsində təmsil olunublar.
250-dən çox otorinolarinqoloqun iştirakı ilə baş tutan konqres Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 8 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilib. 6 paneldən ibarət konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunub və burada 33 məruzəçi öz elmi işlərini təqdim edib.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654