Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 07:26
Əlaqə vasitələri
Bizimlə əlaqə
Nobel mükafatıçısı Əziz Sancara Əlişir Nəvai Beynəlxalq Mükafatı təqdim edilib
22 May 2025
494

Mayın 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində dünya şöhrətli türk alim, Nobel mükafatı laureatı, molekulyar biologiya və biokimya sahəsində görkəmli tədqiqatçı olan professor Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması münasibətilə rəsmi mərasim keçirilib.

Azmedinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Əziz Sancar bu mükafata türk sivilizasiyasının inkişafına verdiyi elmi və mənəvi töhfələrə, həmçinin türk dünyasında ortaq dəyərlərin təşviqindəki xidmətlərinə görə layiq görülüb. Tədbir çərçivəsində bir sıra nüfuzlu qonaqlar çıxış edərək professor Sancarın elmi irsini və türk dünyası üçün əhəmiyyətini yüksək dəyərləndiriblər.

Ən çox oxunanlar