Səhiyyə Nazirliyinin (SN) təşəbbüsü ilə ölkədə teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atılıb. Nazirliyin müvafiq əmrinə əsasən yaradılan İşçi qrupunun ilk iclası keçirilib.
Azmedinfo.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İşçi qrupuna SN ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin aidiyyəti nümayəndələri daxildir.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov vurğulayıb ki, müasir dövrdə səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tibbi xidmətlərin əlçatanlığını artırmaq, regionlararası bərabərsizliyi minimuma endirmək və xidmət keyfiyyətini yüksəltmək baxımından strateji əhəmiyyət daşıyır. “Tibbi xidmətlərin keyfiyyətinin artırılması və kadr çatışmazlığının aradan qaldırılması bu gün səhiyyəmizin əsas prioritetlərindəndir”, – deyə R. Hacıəlibəyov bildirib.
İclas zamanı SN tərəfindən 2023-cü ilin iyun-avqust aylarında həyata keçirilən pilot layihə barədə məlumat verilib. Layihə çərçivəsində nazirliyin Elmi-Tədqiqat Pediatriya İnstitutu və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda teletibb texnologiyalarından istifadə olunmaqla, konsultasiyalar təşkil edilib. Nəticələr bu texnologiyanın effektivliyini və geniş tətbiq imkanlarını ortaya qoyub.
Qeyd olunub ki, tibb xidmətlərinin əsasən paytaxtda cəmləşdirilməsi bölgə əhalisinin tibb xidmətlərinə çıxışını çətinləşdirir. Bu, həm maliyyə, həm də zaman baxımından əlavə yük yaradır, xəstəxanalarda növbələrin uzanmasına, yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Teletibb isə bu problemlərin həllində mühüm vasitə kimi çıxış edəcək.
İclasda vurğulanıb ki, teletibb xidmətinin geniş tətbiqi üçün normativ-hüquqi bazanın yenilənməsi, tibb müəssisələrinin texniki təchizatının müasirləşdirilməsi və səhiyyə işçilərinin bu texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması əsas hədəflərdəndir.
Bununla yanaşı, Nazirlər Kabinetinə təqdim edilməsi üçün teletibb xidmətlərinin təşkili və tətbiqi ilə bağlı qərar layihəsinin hazırlanmasının da vacibliyi qeyd olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654