Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
04 İyun 2026, Cümə axşamı, 01:37
Əlaqə vasitələri
Bizimlə əlaqə
TƏBİB Akademiyasında növbəti “Məqalə saatı”
14 Fevral 2025
532
Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında təhsil alan həkim-rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi qazanması eləcə də elmi tədqiqat bacarıqlarının inkişafına dəstək olmaq məqsədilə “Məqalə saatı” keçirilib.
 
Azmedinfo.az xəbər verir ki, ümumi cərrahiyyə uzmanları Vaqif Qurbanov və Elçin Əlizadənin moderatorluğu ilə baş tutan təlimdə Ümumi cərrahiyyə şöbəsinin həkim-rezidentləri Heydər Abbasov və Aysel Ramazanova araşdırmaları ilə çıxış ediblər.
 
İnteraktiv şəkildə baş tutan “Məqalə saatı”nda iştirak edən həkimlər tərəfindən həkim-rezidentlərin çıxışları qiymətləndirilərək tövsiyələr verilib.
 
Məlumat üçün bildirək ki, Təbib Akademiyasında “Məqalə saatı”ndan əlavə davamlı olaraq Təcili və təxirəsalınmaz tibbi yardım, Terapiya, Nevrologiya, Radiologiya, Pediatriya, Laboratoriya, Kardiologiya və digər müxtəlif şöbələrinin təlimləri təşkil olunur.
Ən çox oxunanlar