Soydaşımız, onkohematologiya sahəsində görkəmli mütəxəssis Pərvin Zeynalova Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Hazırda 165 alim REA-nın müxbir üzvüdür və onların arasında P.Zeynalova da daxil olmaqla 27 qadın var.
Azmedinfo.az xəbər verir ki, Pərvin Zeynalova AZƏRTAC-ın müxbirinə müsahibəsində tibb sahəsində, elmdə və həyatda keçdiyi yoldan danışıb: “1974-cü ildə Bakıda anadan olmuşam. 1997-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetini bitirmişəm. Bundan sonra tale məni Moskva ilə bağladı. Elə həmin il Rusiya Elmlər Akademiyasının N.N.Bloxin adına Rusiya Xərçəng Elmi-Tədqiqat Mərkəzinin Hemoblastozların kimyaterapiyası şöbəsində aspiranturaya daxil oldum. Karyeramın təxminən iyirmi ilini burada keçirdim”.
Alim daha sonra vurğulayıb: “Bu müddət ərzində namizədlik və doktorluq dissertasiyalarımı müdafiə etdim. 2016-cı ildə Hematologiya və sümük iliyinin transplantasiyası kafedrasına rəhbərlik mənə həvalə olunub. Həmin vaxt bu kafedra iki əsas bölməni birləşdirirdi: hemoblastozların kimyaterapiyası və intensiv terapiya. Bu, mənim fəaliyyətimin çox mühüm və məsuliyyətli mərhələsi idi”.
Doktor Zeynalova 2020-ci ildən fəaliyyətini “Ana və uşaq” şirkətlər qrupunun “Lapino 2” Onkologiya Mərkəzində davam etdirir. O, burada Onkohematologiya kafedrasına rəhbərlik edir, eyni zamanda, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Onkologiya kafedrasının professoru və Moskva Dövlət Tibb Universitetinin “Onkohematologiya” praktiki jurnalının redaktorudur.
Həmyerlimiz əlavə edib: “Göstərilən etimada görə Rusiya Elmlər Akademiyasına ürəkdən minnətdaram. Bu, təkcə mənim şəxsi işimə deyil, həm də bütün komandamızın fərdiləşdirilmiş onkohematologiyanın inkişafına ümumi töhfəsinə verilən yüksək qiymətdir. Eyni zamanda, bu, mənim üçün təkcə yüksək şərəf deyil, həm də elm, xəstələr və gələcək həkim nəsilləri qarşısında böyük məsuliyyətdir”.
Fəridə Abdullayeva
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654