Professor Gəray Gəraybəyli: Əsas məqsədlərimizdən biri tələbələrin praktik biliklərə dərindən yiyələnməsidir
Azərbaycan Tibb Universitetində 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının başlanması və Dövlət Buraxılış İmtahanlarının keçirilməsi ilə əlaqədar olaraq, rektor, professor Gəray Gəraybəyli universitetin rəhbər heyətilə görüşüb.
Azmedinfo.az-a verilən məlumata görə görüşdə universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov, Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov, dekanlar və imtahan komissiyasının sədrləri iştirak edib. Rektor G.Gəraybəyli imtahanın gedişi, hazırlıq işləri və digər məsələlərlə maraqlanıb, tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində ədalət prinsipinin qorunmasının vacibliyini vurğulayıb. O, hansısa tələbəyə şişirdilmiş qiymət verməklə digər tələbələrin haqqına girilməməsini, humanist prinsiplərin əsas tutulmasını tövsiyə edərək, imtahanla bağlı lazımi tapşırıqlarını verib.
Tədris departamentinin rəhbəri K.Yaqubov bildirib ki, Müalicə-profilaktika fakültəsinin tələbələri Bakı Sağlamlıq Mərkəzinin (BSM) Simulyasiya Mərkəzində 3 bacarıq imtahanı verəcək: “İmtahanlar bu ayın 10-dan başlayacaq, 24-dək davam edəcək. İmtahanların ikinci mərhələsi isə test formasında keçiriləcək, 50 ballıq sistemlə qiymətləndiriləcək”. Departament rəhbəri Hərbi tibb fakültəsi kursantlarının iki bacarıq imtahanlarının da BSM-də baş tutacağını bildirib.
Professor G.Gəraybəyli bacarıq imtahanlarının Bakı Sağlamlıq Mərkəzində keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, praktik təlim və əldə edilmiş bilik və bacarıqların səviyyəsinin qiymətləndirilməsi üçün mərkəz ən müasir texnologiyalara malikdir: “Ötən il tələbələrdən Bakı Sağlamlıq Mərkəzindəki nəticələrinə əsasən fərqlənmədən çıxanlar olmuşdu. Dəfələrlə təkrar imtahan keçirilməsi üçün müraciət etsələr də, buna yol verilmədi. Biliklərin praktik cəhətdən BSM-də yoxlanılması müsbət haldır. Həm də orada imtahan götürənlər Tibb Universitetinin müəllimləri deyil. Çox yaxşıdır ki, heç kim imtahanlara müdaxilə edə bilmir, biliklər şəffaf şəkildə dəyərləndirilir. Elə bizim əsas məqsədlərimizdən biri də tələbələrin təkcə nəzəri deyil, həm də praktik biliklərə dərindən yiyələnməsidir”.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654