K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunda Azərbaycan-İsrail tibb əməkdaşlığı
11 İyun 2025
706
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda İsrailin Azərbaycandakı səfiri, Heydər Əliyev Fondunun əməkdaşları, Səhiyyə Nazirliyinin nümayəndələri, İsrailin Soroka Tibb Mərkəzinin Pediatriya Departamentinin rəhbəri və 7 nəfərdən ibarət həkim heyəti qonaq olublar.
Azmedinfo.az xəbər verir ki, tədbirin açılışı institutun direktoru dosent Aynur Poluxovanın nitqi ilə başlayıb. Direktor iştirakçıları salamlayaraq nəzərdə tutulan tədbir planını açıqlayıb. Tədbirin Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilməsi, bu əməkdaşlığa verilən yüksək diqqət və qayğının göstəricisi kimi qiymətləndirib. Fondun səhiyyə və uşaq sağlamlığı sahəsində gördüyü işlər, təşəbbüslər və beynəlxalq tərəfdaşlıqlara verdiyi töhfə xüsusilə təqdirəlayiq olduğunu qeyd edib.
Nitqin sonunda 1 il ərzində əməkdaşlıq çərçivəsində görülən işlərtin hesabatı dinlənilib və prezentasiya şəklində təqdim olunub.
Qonaqlar institutun bütün şöbələri ilə yaxından tanış olub və qonaqlara institutun fəaliyyəti haqqında prezentasiya təqdim olunub.
Tədbirin davamında söz İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə verilib. Səfir çıxışında digər dövlətlərlə Azərbaycanın beynəlxalq əlqalərinin güclənməsindən, o cümlədən səhiyyə sahəsində də 2 müəssisə arasında əlaqəni yüksək qiymətləndirdiyini vurğulayıb. Bu əlaqələrin inkişafı gələcəkdə dəstəyə hazır olduqlarını açıqlayıb.
Bunun davamı olaraq Soroko Tibb Mərkəzi Pediatriya Departamentinin rəhbəri prof.Devid Qrinberq çıxış edib. Davamlı əməkdaşlığımız çərçivəsində bir araya gəlmək fürsəti bizim üçün çox qiymətlidir. Soroka Tibb Mərkəzi olaraq, biz uşaqların sağlamlığını bütün tibb fəaliyyətimizin mərkəzində görürük-deyə bildirib.
Daha sonra dr Mikki Gideon çıxış edərək bu qonaqpərvərliyə görə təşəkkürünü bildirib. 2024-cü ildə Azərbaycanlı həmkarlarımızla birlikdə uşaqların müayinəsində iştirak etmək, onların sağlamlıq problemlərinə fərqli yanaşmalarla dəstək olmaq mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan çox dəyərli təcrübə olub- deyə çıxışında qeyd edib.
Sonda direktor tərəfindən İsrailin səfiri cənab Corc Dikə institutun loqosunu əsk etdirən suvenir, qonaqlara isə Bakı İçərişəhər, Qarabağ, Şuşanın xatirə rəsmləri təqdim olunub və qarşı tərəfdən bütün iştirakçılara hədiyyələr təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654