Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
25 Aprel 2026, Şənbə, 12:50
Əlaqə vasitələri
Bizimlə əlaqə
“Pediatriyanın Aktual Problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək
30 İyun 2025
492
“Pediatriyanın Aktual Problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək

Uşaqların sağlam gələcəyi üçün pediatriyanın aktual cağırışları



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü və LasoMedGroup-un təşkilati dəstəyi ilə,  “Milli Pediatriya Akademiyası - 95 il Yubiley Layihəsi” çərçivəsində “Pediatriyanın Aktual Problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

 

Azmedinfo.az xəbər verir ki, konfrans 6 sentyabr 2025-ci il tarixində Gəncə şəhərində, Leon Hotel-də baş tutacaq. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaq.

 

Konfrans zamanı pediatriyanın aktual məsələləri üzrə tanınmış mütəxəssislərin çıxışları təqdim olunacaq, müasir tibbi yanaşmalar və klinik təcrübələr müzakirə ediləcəkdir. Tədbir tibb sahəsində bilik və təcrübə mübadiləsi üçün geniş imkan yaradacaq.

 

Qeydiyyat və əlavə məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:


+994 70 352 00 13
+994 70 952 00 13

 

Sizi konfransda görməkdən məmnun olarıq.

 
 
 
Ən çox oxunanlar