İyunun 30-da Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi “Məzun Günü” qeyd olunub. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri, universitet rəhbərliyi və digər rəsmi qonaqlar iştirak ediblər.
Azmedinfo.az Səhiyyə Nazirliyinin məlumatına istinadən yazır ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Səhiyyə naziri Teymur Musayev açılış nitqində məzunları təbrik edərək bu günün onların həyatında unudulmaz bir tarix kimi qalacağını bildirib.
Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsilinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O vurğulayıb ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir:“Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin formalaşması və inkişafı üçün mühüm qərarlar verib. ATU-nun yeni tədris korpusunun inşası və ilk tədris klinikasının yaradılması da məhz onun adı ilə bağlıdır. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın tibbi elm və təhsilə verdiyi töhfələr bu sahədə mənəvi örnəkdir.”
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə səhiyyə infrastrukturunun modernləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində ciddi nailiyyətlər əldə olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğı isə bu sahəyə verilən dəyərin təzahürüdür.
Sonda Teymur Musayev məzunlara müraciət edərək bildirib:“Həkimlər gündəlik həyatın qəhrəmanlarıdır. Öz biliklərinizə arxayın olun, cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyət göstərin. Bu çətin, lakin şərəfli yolda sizə uğurlar arzulayıram. Bir həmkar kimi aramıza xoş gəldiniz!”
ATU-nun rektoru, professor Gəray Gəraybəyli də çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara universitet adını daim uca tutmağı tövsiyə edib.
Tədbir zamanı 2024–2025-ci tədris ilində məzun olan tələbələrin statistikası açıqlanıb. Bildirilib ki, bu il 1235 tələbə ATU-dan məzun olub. Onlardan 853 nəfəri Azərbaycan vətəndaşı, 382 nəfəri isə əcnəbidir. Məzunlar aşağıdakı ixtisaslar üzrə təhsil alıblar:
I Müalicə-profilaktika fakültəsi – 356 nəfər
II Müalicə-profilaktika fakültəsi – 310 nəfər
“Tibbi profilaktika” – 40 nəfər
“İctimai səhiyyə” – 61 nəfər
“Fizioterapiya və tibbi reabilitasiya” – 34 nəfər
“Tibb bacısı işi” – 32 nəfər
“Stomatologiya” – 250 nəfər
“Əczaçılıq” – 95 nəfər
“Hərbi həkim” – 48 nəfər
“Hərbi feldşer” – 45 nəfər
İlk dəfə məzun verən “Hərbi stomatologiya” ixtisası – 9 nəfər
Hazırda ATU-da Azərbaycanın milli kadrları ilə yanaşı, Türkiyə, Pakistan, Qazaxıstan, Gürcüstan və digər 45 ölkədən çoxsaylı tələbələr təhsil alır.
Tədbirdə çıxış edən professor-müəllim heyəti və valideynlər gənc həkimləri təbrik edərək onların bu şərəfli adı ləyaqətlə daşıyacaqlarına əminliklərini ifadə ediblər.
Məzunlar ənənəyə uyğun olaraq Hippokrat andı içərək əhalinin sağlamlığının keşiyində duracaqlarına söz veriblər. Fərqlənmə diplomları Səhiyyə naziri Teymur Musayev və rektor Gəray Gəraybəylinin təqdimatında sahiblərinə təqdim olunub.
Tədbir sənət adamlarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə başa çatıb. Tələbələr də səhnədə çıxış edərək tanınmış ifaçılarla birgə bayram ovqatını bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələrinin vətənpərvərlik ruhunda ifaları tədbirə xüsusi rəng qatıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654