Yeni Klinikada neyroreabilitasiyaya həsr olunmuş beynəlxalq seminar - “Beyin səssiz danışır”
02 İyul 2025
524
Yeni Klinikada “Beyin səssiz danışır: Neyroreabilitasiyada klinik və elmi yanaşmalar” adlı iki günlük elmi seminar baş tutub. Tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə neyroreabilitasiya sahəsində aktual elmi-praktik məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Azmedinfo.az xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK Mərkəzinin rəhbəri Pərvin Əkbərov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapevtika kafedrasının professoru Nailə Məmmədova, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova, Hacettepe Universitetinin Fizioterapiya və reabilitasiya fakültəsinin Fizioterapiya və reabilitasiya bölməsinin professoru Dr. Muhammed Kılınç, Qazi Universitetinin Sağlıq elmləri fakültəsinin Fizioterapiya və reabilitasiya bölməsinin professoru Dr. Deran Oskay, həmçinin Türkiyədən dəvət edilmiş mütəxəssislər - Dr. Hakan Kına, Dr. Musa Güneş, Dr. Emre Söylemez, Dos. Dr. Aydın Sinan Apaydın, Dr. Kaan Altunok, Dr. Haluk Tekerlek və müxtəlif tibb müəssisələrindən qatılan digər həkim-mütəxəssislər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Nailə Məmmədova TƏBİB və Yeni Klinikanın fizioterapiya, tibbi reabilitasiya, xüsusilə də beyin problemlərinin reabilitasiyasına dair aktual məsələlərə diqqət ayırmasını, bu istiqamətdə konfrans və seminarların təşkilini olduqca sevindirici hal kimi dəyərləndirib.
Neyroreabilitasiyanın əsas hədəfinin müxtəlif mənşəli beyin patologiyaları olduğunu vurğulayan professor Sədaqət Hüseynova bu sahənin tibbin aparıcı istiqamətlərindən biri olduğunu qeyd edib. O, həmçinin bildirib ki, beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Neyroreabilitasiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə neyroreabilitasiya sahəsində müasir metodların tətbiqi, həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görülür.
Hacettepe Universitetinin professoru Muhammed Kılınç çıxışında qeyd edib ki, neyroreabilitasiya sahəsi yalnız xəstələrin funksional bərpasını deyil, eyni zamanda onların həyat keyfiyyətinin yaxşılaşdırılmasını da hədəfləyir. Beynəlxalq təcrübə və elmi əməkdaşlığın vacibliyini vurğulayan professor, TƏBİB və Yeni Klinikanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdiyini bildirib.
Professor Deran Oskay bu cür tədbirlərin beynəlxalq əməkdaşlığı gücləndirdiyini, həmçinin fizioterapiya və reabilitasiya sahəsində müasir yanaşmaların paylaşılması üçün vacib platforma yaratdığını vurğulayıb.
Sonda çıxış edən Pərvin Əkbərov hazırda TƏBİB-in tabeliyində ən qabaqcıl və innovativ reabilitasiya mərkəzinin qurulması üçün ardıcıl və məqsədyönlü işlərin görüldüyünü qeyd edib. O, həmçinin müasir texnologiyaların tətbiqinin, peşəkar kadr potensialının və beynəlxalq əməkdaşlığın bu məqsədə çatmaqda əsas dayaqlardan olduğunu vurğulayıb. Yeni Robotik Reabilitasiya Mərkəzini bu istiqamətdə mühüm rol oynayacağını bildirib.
İki gün davam edən və beş paneldən ibarət olan seminarda həm Türkiyə universitetlərinin mütəxəssisləri – Dr. Muhammed Kılınç, Dr. Deran Oskay, Dr. Hakan Kına, Dr. Musa Güneş, Dr. Emre Söylemez, Dos. Dr. Aydın Sinan Apaydın, Dr. Kaan Altunok, Dr. Haluk Tekerlek, həm də Yeni Klinikanın həkim-mütəxəssisləri – uzman neyrocərrah Tural Əhmədov, uzman nevroloq Günel Qardaşova, uzman nevroloq Xəyalə Ağamirzəyeva, uzman nevroloq Könül Əhmədova, anestezioloq-reanimatoloq İsmayıl Əliyev, fizioterapist Səbinə Tağıyeva və uzman fizioterapist Nəzrin Əsədli çıxış ediblər.
Türkiyə və Azərbaycanın təcrübəli alimlərinin, tanınmış elmi simalarının və tədqiqatçılarının iştirak etdiyi seminarda travmatik beyin zədələrinin və insultun reabilitasiya aspektləri, neyroplastiklik və motor öyrənmə prinsipləri, müasir robot texnologiyalarının tətbiqi, transkranial maqnit stimulyasiyasının klinik rolu, eləcə də neyroloji xəstələrdə udma və tənəffüs bacarıqlarının bərpası, həmçinin Dağınıq Skleroz (MS) və digər kompleks nevroloji sindromların reabilitasiya yanaşmaları ətrafında elmi diskussiyalar aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654