TƏBİB Akademiyasında tələbələrin istehsalat təcrübəsi yekunlaşıb
08 İyul 2025
588
Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün təşkil olunmuş 4 aylıq istehsalat təcrübə proqramı başa çatıb.
Azmedinfo.az xəbər verir ki, təcrübə proqramının yekununa həsr olunan görüşdə TƏBİB Akademiyasının müdiri Tural Xaspolad və Yeni Klinikanın baş tibb bacısı Sevinc Namazova çıxış edərək tələbələri təbrik edib, onların gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlar zamanı qeyd olunub ki, tələbələr təcrübə müddətində qazandıqları bilik və bacarıqları daha da inkişaf etdirmək üçün TƏBİB Akademiyasının təşkil etdiyi təlim və seminarlarla bu prosesi davam etdirə bilərlər.
Görüş zamanı tələbələr təcrübə dövrü ilə bağlı təəssüratlarını bölüşərək, bu müddət ərzində qazandıqları bilik və bacarıqların onların gələcək peşə həyatında mühüm rol oynayacağını vurğulayıblar.
Qeyd edək ki, istehsalat təcrübəsində ümumilikdə 49 tələbə iştirak edib. Onlardan 26 nəfəri tibb bacısı, 22 nəfəri mamalıq işi, 1 nəfəri isə laboratoriya-diaqnostika ixtisası üzrə təhsil alır.
Təcrübə proqramının nümunəvi şəkildə təşkilinə görə Yeni Klinikanın baş tibb bacısı Sevinc Namazova, Akademiyanın əməkdaşları Fidan Səmədova və Fariz Ramazanlı təşəkkürnamə ilə təltif ediliblər.
Məlumat üçün bildirək ki, Akademiyada tibb kolleci tələbələrinin bilik və bacarıqlarının artırılması üçün davamlı olaraq həm nəzəri, həm də praktiki təlimlər həyata keçirilir.
Yeni Kinika
Yeni Kinika
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654