Cənubi Koreyada minlərlə tibb tələbəsi 17 ay davam edən misilsiz boykotu dayandıraraq yenidən təhsilə qayıtmağa hazır olduqlarını bildiriblər. Koreya Tibb Assosiasiyası hökumətlə uzun müddət davam edən qarşıdurmanın başa çatdığını elan edib.
Azmedinfo.az "newsru" saytına istinadən xəbər verir ki, bu münaqişə ölkənin tibbi təhsil sistemini ciddi şəkildə iflic edib.
Mübahisə hökumətin tibb universitetlərinə qəbul planını genişləndirmək təşəbbüsündən sonra yaranmışdı. Tələbələr və rezident həkimlər genişmiqyaslı etiraz aksiyaları keçirərək, bu addımın tibbi təhsilin keyfiyyətini aşağı sala biləcəyindən narahat olduqlarını ifadə etmişdilər.
Say çoxluğu, yoxsa keyfiyyət?
Mübahisənin mərkəzində hökumətin tibb fakültələrinə illik qəbul sayını 3000-dən 5000-ə çatdırmaq təklifi dayanırdı. Rəsmi dairələr bu artımın ölkənin qocalan əhalisi fonunda səhiyyə xidmətlərinə artan tələbatı ödəmək üçün vacib olduğunu bildirirdilər.
Lakin tibb ictimaiyyəti bu qərarı peşəkar standartlara təhdid kimi dəyərləndirib. Onların fikrincə, tələbə sayındakı 67 faiz artım gələcək həkimlərin hazırlıq səviyyəsinə mənfi təsir göstərərək pasiyentlərin təhlükəsizliyini risk altına sala bilər.
Kompromis axtarışı
Baş nazir Han Dok Su tələbələrin təhsilə qayıtmaq qərarını müsbət qiymətləndirərək bunu “irəliyə doğru böyük addım” adlandırıb. O, hökumətlə parlamentin bu sahədə birgə işləməsinin vacibliyini vurğulayıb.
Hökumət bu il mart ayında planı yenidən müzakirəyə çıxararaq danışıqlara açıq olduğunu nümayiş etdirib.
Tibb assosiasiyasının mövqeyi
Koreya Tibb Assosiasiyası parlamentin təhsil komitəsi və digər maraqlı tərəflərlə birgə bəyanat yayaraq bildirib: “Biz hökumətə və parlamentə etimad göstərməyə və tibbi təhsilin, bütövlükdə isə səhiyyə sisteminin normallaşmasına töhfə vermək üçün tədris prosesinə qayıtmağa hazırıq.”
Bununla belə, tələbələrin konkret nə vaxt təhsilə qayıdacağı açıqlanmayıb. Assosiasiya hökuməti akademik təqvimi bərpa etməyə və təhsil şəraitini yaxşılaşdırmağa çağırıb.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142