Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda kollektivin iştirakı ilə növbəti işçi toplantısı keçirilib.
Azmedinfo.az xəbər verir ki, institutun direktoru, dosent Aynur Poluxova müxtəlif struktur bölmələrdə çalışan əməkdaşlarla – həkimlər, şöbə müdirləri, tibb bacıları və kiçik tibb personalı ilə görüşüb. Toplantı zamanı müəssisənin gündəmdə olan prioritet məsələləri barədə hesabat təqdim olunub, mövcud problemlərin həlli istiqamətində nəzərdə tutulan tədbirlərin planı açıqlanıb.
Görüşdə direktor keyfiyyətli tibbi xidmətin təşkili ilə bağlı əməkdaşların üzərinə düşən məsuliyyəti xüsusi vurğulayıb. Pasiyentlərin hərtərəfli müayinəsi və müalicəsi, valideynlərlə maarifləndirmə işlərinin aparılması, onların məmnunluğunun təmin olunması məsələlərində kollektivin rolunun vacibliyi qeyd olunub.
Tədbir çərçivəsində bir qrup əməkdaş təşəkkürnamə ilə təltif edilib. Həmçinin Xəstə Xidmətləri və Tibbi Sığorta Şöbəsinin əməkdaşlarının yüksək səyi nəticəsində əldə olunan nailiyyətlər kollektivə təqdim olunub.
Toplantı institut daxilində peşəkar fəaliyyətin möhkəmləndirilməsi və işgüzar mühitin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654