Bu gün süni intellekt ənənəvi xalq təbabətində inqilabi imkanlar yaradır. Bu nöqteyi-nəzərdən, əsrlər boyu toplanmış ənənəvi üsullar müalicəni daha təhlükəsiz, daha individual, daha effektiv və daha əlçatan edəcək qabaqcıl texnologiyalarla tamamlana bilər.
Azmedinfo.az xəbər verir ki, "Rifah naminə süni intellekt" adlı Qlobal Sammitdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Ənənəvi təbabətdə süni intellektdən istifadə imkanlarının öyrənilməsi” adlı yeni analitik icmalı təqdim ediblər.
Səhiyyədə Süni İntellekt Qlobal Təşəbbüsü tərəfindən hazırlanan bu qısa sənəd ənənəvi biliyi qoruyub saxlamaq və məlumatların suverenliyini təmin etməklə yanaşı, bu perspektivli alətin məsuliyyətlə həyata keçirilməsi üçün yol xəritəsini təqdim edir.
Ənənəvi tibbdə yeni era
ÜST-nin məlumatlarına görə, bu gün ənənəvi, tamamlayıcı, inteqrativ tibb 170 ölkədə tətbiq edilir və milyardlarla insan tərəfindən istifadə olunur. Beləliklə, ənənəvi, tamamlayıcı və inteqrativ təbabət təcrübəsi bütün dünyada populyarlıq qazanır. Bu, profilaktika, sağlamlığın təşviqi və reabilitasiyasına diqqəti yönəldən bütöv səhiyyə və tibb yanaşmalarına artan maraqdan qaynaqlanır.
Bu analitik icmal fərdiləşdirilmiş qulluq, yeni dərmanların hazırlanması və biomüxtəlifliyin qorunması sahəsində yeni sərhədlər açmaq üçün süni intellektdən istifadə edən bir çox ölkənin qazandığı təcrübələri təqdim edir.
Adıçəkilən sənəddə bu cür nümunələr öz əksini tapmışdır: aurgenomikada süni intellektə əsaslanan diaqnostikanın istifadəsi; Qana və Cənubi Afrika kimi ölkələrdə dərman bitkilərini müəyyən etmək üçün maşın öyrənmə modellərinin tətbiqi; Cənubi Koreyada xalq təbabətində qan xəstəliklərinin müalicəsi üçün istifadə olunan birləşmələrin təhlili üçün süni intellektin tətbiq olunması və s.
BTİ-nin Standartlaşdırma Bürosunun direktoru cənab Seizo Onoenin sözlərinə görə, Qlobal təşəbbüs bütün ölkələrə süni intellekt həllərinin potensialından istifadə etmək, habelə onların təhlükəsizliyini, səmərəliliyini və etik prinsiplərə uyğunluğunu təmin etmək məqsədi daşıyır.
Süni intellektə əsaslanan tətbiqlər Hindistanda yerləşən Rəqəmsal Ənənəvi Bilik Kitabxanası, eləcə də, yerli xalqların tibbi biliklərini qorumaq, əməkdaşlığı inkişaf etdirmək və biopiratın qarşısını almaq məqsədilə süni intellekti tətbiq edən Amerika ölkələri regionunun Virtual Təbabət Kitabxanası və s. vasitəsilə ənənəvi, tamamlayıcı və inteqrativ təbabətin sübutlarını və elmi bazasını gücləndirməyə kömək edə bilər.
Yeri gəlmişkən, "biopiratlıq" inkişaf etməkdə olan ölkələrdə bioloji resursların və ya əlaqəli ənənəvi biliklərin icazəsiz əldə edilməsini və ya belə bilik və ya resurslara əsaslanan psevdoixtiraların kompensasiya ödənilmədən patentləşdirilməsini təsvir etmək üçün istifadə olunan termindir.
Əqli mülkiyyət ənənəvi xalq təbabətində süni intellektin tətbiqini sürətləndirmək üçün mühüm vasitədir. Bu yaxınlarda ÜƏMT tərəfindən qəbul edilmiş "Əqli mülkiyyət, genetik resurslar və genetik ehtiyatlarla bağlı ənənəvi biliklər haqqında müqavilə" yerli xalqların və icmaların maraqları da daxil olmaqla, prioritet siyasət məsələlərinin həllində əqli mülkiyyətin idarə edilməsində maraqlı tərəflərə dəstək olmaq məqsədi daşıyır.
Beləliklə, süni intellektin gücünü ənənəvi xalq təbabətinin müdrikliyi ilə birləşdirərək, keçmişin ənənələrinə hörmət edən, bu günün imkanlarını genişləndirən və hamı üçün daha sağlam, daha bərabər gələcək quran səhiyyə xidmətlərinin göstərilməsi üçün prinsipial olaraq yeni paradiqma yaratmaq mümkündür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654