Hər il iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar tarixin əsas məqsədi ağır qaraciyər xəstəliyinə gətirib çıxaran və hepatoselüler karsinomaya səbəb olan iltihablı qaraciyər xəstəliyi - virus hepatitləri haqqında məlumatlılığın artırılmasıdır.
Azmedinfo.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, bu il Ümumdünya Hepatitlə Mübarizə Gününün devizi "Hepatitlə mübarizə: maneələri məhv etmək"dir. O, hepatitlərin aradan qaldırılmasına və qaraciyər xərçənginin qarşısının effektiv alınmasına mane olan maliyyə, sosial və sistemli amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərə çağırışa xidmət edir.
ÜST-nin təqdim etdiyi statistik məlumatlara görə, 2022-ci ildə 304 milyon insan xroniki B və C hepatitindən əziyyət çəkib. Həmin il ərzində anadan olan körpələrin yalnız 45%-i doğuşdan sonrakı ilk sutka ərzində hepatit B-yə qarşı peyvənd olunub. Həmçinin xroniki hepatit B və C 1,3 milyon insanın həyatına son qoyub.
Qeyd edək ki, xroniki hepatit B və C xərçəng də daxil olmaqla, ağır qaraciyər zədələnmələrinə səbəb olur, lakin onların qarşısını almaq və nəzarət etmək, hepatit C olduqda, isə tamamilə müalicə etmək mümkündür.
Hepatitlə mübarizə kampaniyasının seçilmiş mövzusu milli səhiyyə sistemləri daxilində hepatitlə mübarizə üzrə kompleks tədbirlərin, o cümlədən peyvənd, təhlükəsiz inyeksiya təcrübələri, qaraciyərə mənfi təsirlərin minimuma endirilməsi və ilk növbədə hepatitin diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi və geniş şəkildə həyata keçirilməsi zərurətini xatırladır. Həmçinin kompleks şəkildə hepatoloji köməyə əlçatanlığı yaxşılaşdırmaq və 2030-cu ilə qədər hepatitin artıq ictimai sağlamlıq təhlükəsi olmaması üçün təcili tədbirlər görməyə çağırır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654