Ana südü ilə qidalanma ekoloji cəhətdən təmiz, dayanıqlı və ekoçirkləndirici olmayan qidalanma formasıdır. O, daha az tullantı, minimum istixana qazı emissiyaları, daha az karbon və su izi ilə nəticələnir. Uşaq Hüquqları Konvensiyasına əsasən, bütün körpələr və uşaqlar mümkün olan ən yüksək sağlamlıq standartından istifadə etmək hüququna malikdirlər. Ümumdünya Səhiyyə Təşkilatı həyatın ilk altı ayında yalnız ana südü ilə qidalanmağı və iki yaşa qədər davam etməyi tövsiyə edir. Ana südü ilə qidalanma həm ana, həm də körpə üçün fiziki və psixi sağlamlıq naminə bir çox faydayla təmin edir və ekoloji cəhətdən ən təmiz qidalanmadır.
Azmedinfo.az Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi Günel Məmmədovanın "Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi"nə həsr olunmuş məqaləsini oxucularına təqdim edir:
İqlim dəyişikliyinin insan səhhətinə, o cümlədən ana və uşaq sağlamlığına ciddi təsir göstərdiyi artıq heç kəsə sirr deyil. Amerika Birləşmiş Ştatlarının 2023-cü ildə hazırlanmış “Milli İqlim və Sağlamlıq Qiymətləndirilməsi” iqlim amillərini yeddi əsas kateqoriyaya bölür: qlobal istiləşmə ilə bağlı xəstəliklər, pis hava keyfiyyəti, ekstremal təbiət hadisələri, transmissiv xəstəliklər, qida və su ilə yoluxan infeksiyalar, qidalanma və psixi sağlamlıq.
İnfarkt, insult və ağciyər xəstəliklərinin artması, naməlum etiologiyalı böyrək xəstəliyinin yeni halları və bir çox digər sağlamlıq problemləri qlobal iqlim dəyişikliyinin nəticəsi hesab olunur.
Təsir mexanizmləri hələlik tam bəlli olmasa da, ekstremal istiləşmə və havanın həddindən artıq çirklənməsi hamiləliyə mənfi təsir göstərir, o cümlədən vaxtından əvvəl olan doğuş sayının artmasına, körpələrin aşağı çəkili və yaxud ölü doğulmasına zəmin yaradır. Beynəlxalq Ginekologiya və Mamalıq Federasiyası iqlim böhranının anaların və yeni doğulmuş körpələrin sağlamlığına mümkün təsiri ilə bağlı narahatlığını dəfələrlə izhar edib.
Uzun müddət ərzində ana südü ilə qidalanan uşaqlar və yeniyetmələrin artıq çəki və ya piylənməyə düçarolma ehtimalı daha azdır. Bu uşaq və yeniyetmələr daha sağlam və daha yüksək koqnitiv inkişafa sahib olur, məntiq sınaqlarından daha yüksək nəticələr əldə edir, həyatları boyu şəkərli diabet və ya ürək-damar xəstəliyinə tutulma ehtimalları daha azdır. Ana südü ilə qidalanma həm də anaların sağlamlığına və rifahına kömək edir. Yumurtalıq və döş xərçəngi, habelə 2-ci tip şəkərli diabet riskini azaldır. Uşağın inkişafının yaxşılaşdırılması və ana südü ilə qidalandırmanın azaldılmış səhiyyə xərcləri ailələr, ölkələr və bütövlükdə cəmiyyət üçün maliyyə qənaətinə çevrilir.
Mütəxəssislərin hesablamalarına görə, hazırda anaların 92 %-i körpələrinin ana südü ilə qidalanmasını istəyir. Buna baxmayaraq, yalnız 17 %-i altı ay ərzində övladını ana südü ilə qidalandırır. Ana südünün dayandırılmasının ən çox yayılmış səbəbləri sosial maneələrdir. Körpələrinin həyatının ilk altı ayı ərzində optimal ana südü ilə qidalandırmasını, eləcə də tamamlayıcı qidaların tədricən və uyğun şəkildə tətbiqini təmin etmək üçün analar və ailələr dəstəyə ehtiyac duyurlar. Bu dəstəyin verilməsində səhiyyə işçiləri mühüm rol oynayır.
“Yaşil ana – I” layihəsi: ekosəhiyyənin davamlılığı üçün imkanlar
Sənaye üsulu ilə uşaq qidalarının istehsalı və paylanması ətraf mühitə zərər verir, çirkləndirici tullantıların əmələ gəlməsinə səbəb olur, həmçinin qidanın və onun qablaşdırılmasına lazım olan materialların istehsalı və daşınması üçün enerji və su sərfiyyatı tələb edir. Körpə qidalarının əksəriyyəti inək südündən hazırlanır. Südçülük təsərrüfatları antropogen metan emissiyalarının əsas mənbəyidir. Hesablamalara görə, Avropa ölkələrində ümumi istixana qazı emissiyalarının 12-17 %-i heyvandarlıq təsərrüfatlarının payına düşür.
Fövqəladə qlobal ekovəziyyət, eləcə də istixana qazı emissiyalarının körpələrin ana südü ilə qidalanması sayəsində nə qədər azalda biləcəyinə dair dəqiq məlumatların olmaması səbəbindən mütəxəssislər müxtəlif növ körpə qidalanmalarının karbon və su izini müəyyənləşdirməyin faydalı olacağı qənaətindədirlər.
İki müstəqil ardıcıl mərhələyə və ya alt layihəyə bölünmüş bütün “yaşıl ana” layihəsi mama həkimlər tərəfindən həyata keçirilir. Layihənin I mərhələsinin nəticələri onun II mərhələsində (ana südü ilə qidalanmanın geniş miqyasda təbliğ edilməsi və davamlı qidalanmanı yaxşılaşdırmaq üçün təhsil müdaxiləsi və məsləhətlər) istifadə üçün tədris materiallarının hazırlanmasını dəstəkləyir. “Yaşıl ana” layihəsi çərçivəsində əldə edilən yekun nəticələr həyatın erkən dövründə ən sağlam və davamlı qidalanmaya nail olmaq məqsədilə ümumi əhali üçün tövsiyələr külliyatı yaratmağa və ana südü ilə qidalanmanı təşviq etməklə ətraf mühitə təsirləri azaltmağa kömək edə bilər.
“Yaşıl ana” çərçivəsində aparılan araşdırmalara əsasən, müstəsna ana südü ilə qidalandırmanın körpə qidalanmasının ən dayanıqlı və ekoloji sağlam növü olduğu sübut olunub.
Mama həkimlər və digər səhiyyə işçiləri ictimaiyyətin, xüsusən də gələcək anaların ana-uşaq cütlükləri üçün sağlam və dayanıqlı qidalanmanın faydaları haqqında maarifləndirilməsi və dəstəklənməsi, həmçinin ətraf mühitin və planetin sağlamlığının qorunmasında mühüm rol oynayırlar. “Yaşıl ana” layihəsinin miqyasının genişləndirilməsi, ictimai dəstəyinin effektivliyini qiymətləndirmək üçün mama və digər tibb işçiləri tərəfindən həyata keçirilən təhsil və məsləhət proqramlarının təsirini qiymətləndirmək üçün əlavə tədqiqatların aparılması labüddür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650