Azmedinfo.az kollektivi olaraq 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil və suveren Azərbaycanımızın daha da çiçəklənməsini arzulayırıq!
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçilik tarixində yeni bir səhifə açaraq, xalqımızın milli iradəsinin və mübarizə əzminin təntənəsini əks etdirir.
1991-ci ilin 20 sentyabrında Azərbaycan Ali Soveti "Dövlət Suverenliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Bu sənəd Azərbaycanın müstəqil, azad və suveren dövlət olmaq yolunda atdığı ilk mühüm addım idi. Lakin ərazi bütövlüyünün pozulması tam suverenliyə mane olurdu.
2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazilərində tam bərpa etdi. Qondarma rejim fəaliyyətini dayandırdı və Azərbaycanın Konstitusiya quruluşu tam şəkildə bərpa olundu.
2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr rəsmi olaraq Dövlət Suverenliyi Günü elan edildi. Bu gün, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin zirvəsini təcəssüm etdirir. Prezidentin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi də bu dəyərlərə verilən önəmin bariz nümunəsidir.
Bu suverenlik səhiyyə sahəsində də özünü göstərir. Ölkəmiz artıq xarici donorlardan asılı olmadan, öz milli maraqlarına uyğun sağlam səhiyyə siyasəti həyata keçirir. Son illər ərzində yeni tibb müəssisələri tikilib, mövcud xəstəxanalar müasir avadanlıqlarla təchiz edilib. Məcburi Tibbi Sığortanın tətbiqi ilə hər bir vətəndaşın keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı təmin olunub. Azərbaycanlı tibb mütəxəssisləri beynəlxalq tədbirlərdə fəal iştirak edərək ölkəmizin adını yüksəldirlər.
Dövlət Suverenliyi Günü hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir. Bu, xalqın birlik və iradəsini göstərən tarixi bir gündür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654