Özəl tibb müəssisəsində tibbi xidmətin icbari tibbi sığorta hesabına qarşılanması vətəndaşların ən çox maraqlandığı məsələlərdəndir.
Azmedinfo.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov müsahibəsində, bu xidmətlərin yalnız müəyyən hallarda və konkret qaydalar çərçivəsində ödənişsiz göstərildiyini deyib. Ekspert bildirir ki, hazırda Xidmətlər Zərfi çərçivəsində 3315 adda tibbi xidmət icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaş ilk olaraq TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinə məxsus elmi-tədqiqat mərkəzlərindən birinə müraciət etməlidir. Əgər tələb olunan tibbi xidmət həmin müəssisədə göstərilmirsə, bu zaman vətəndaş göndəriş əsasında digər dövlət və ya müqaviləli özəl tibb müəssisəsinə yönləndirilir.
Arif Əkbərovun sözlərinə görə, vətəndaş göndərişlə Agentliyin müqavilə bağladığı özəl klinikaya müraciət etdikdə, Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər tamamilə ödənişsiz olur. Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir və həmin müəssisələrin siyahısı agentliyin rəsmi saytındakı “Tibb müəssisələrinin axtarış sistemi” bölməsində ictimaiyyət üçün açıqdır.
Ekspert əlavə edib ki, təcili və təxirəsalınmaz vəziyyətlərdə vətəndaş özəl tibb müəssisəsinə göndərişsiz müraciət edə bilər. Əgər şəxs qəfil halın pisləşməsi ilə xəstəxanaya yerləşdirilirsə, bu zaman 24 saat ərzində xəstəxana agentliyə elektron bildiriş göndərməlidir. Xidmət təcili hal sayılırsa və Xidmətlər Zərfinə daxildirsə, bütün xərclər sığorta hesabına ödənilir.
Əkbərov bildirib ki, göndəriş təsdiqləndikdən sonra vətəndaş SMS vasitəsilə birdəfəlik kod alır və “e-Tabib” mobil tətbiqi üzərindən xidmət alacağı özəl tibb müəssisəsini şəxsi seçimi əsasında müəyyənləşdirə bilir. Bu sistem şəffaflıq təmin edir və vətəndaşın seçim hüququnu qoruyur. Eyni zamanda, seçim QR kod və ya agentliyin rəsmi internet saytı vasitəsilə də edilə bilər. Əgər göndəriş təsdiqlənməzsə, vətəndaşa bu barədə SMS vasitəsilə məlumat verilir.
Cari ildən etibarən vətəndaşlar göndəriş təqdim etmədən icbari tibbi sığorta hesabına stasionar tibbi xidmətlərdən istifadə etmək üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, ATU-nun Tədris Cərrahiyyə Klinikası və Bakı Sağlamlıq Mərkəzinə birbaşa müraciət edə bilirlər. Bu müəssisələrdə terapevtik və cərrahi xidmətlər sığorta hesabına göstərilir.
2025-ci ilin ilk yarısında 154987 göndəriş verilib və nəticədə vətəndaşlara 89560 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 1738-i uşaqlara, 87822-si böyüklərə aid olub. Ən çox xidmət invaziv radiologiya, oftalmologiya və ürək-damar cərrahiyyəsi üzrə həyata keçirilib.
Sonda ekspertin qeyd edib ki, göndərişlə özəl klinikaya müraciət edən vətəndaşlardan əlavə ödəniş tələb edilməsi qanunsuzdur. Xidmətin dəyəri tam şəkildə Agentlik tərəfindən tibb müəssisəsinə ödənilir. Əgər vətəndaş belə hallarla üzləşərsə, dərhal “1542” Çağrı Mərkəzi ilə əlaqə saxlamalıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654