Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 15:53
Əlaqə vasitələri
Bizimlə əlaqə
Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsində ÜST və UNİCEF-dən tövsiyələr
04 Avqust 2026
166
Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsində ÜST və UNİCEF-dən tövsiyələr

Hər il avqust ayının 1-dən 7-dək dünyanın 120-dən çox ölkəsində Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi qeyd olunur.

 

Azmedinfo.az TƏBİB-ə istinadən yazır ki, bu tədbirin əsas məqsədi ana südü ilə qidalandırmanın uşaq sağlamlığı və inkişafındakı rolu barədə ictimaiyyətin məlumatlılığının artırılması, habelə əmizdirən analara dəstəyin gücləndirilməsidir.

 

Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in tövsiyələrinə əsasən:

 

• Doğuşdan sonrakı ilk saatda ana südü ilə qidalandırmaya başlanılması
• Həyatın ilk 6 ayı ərzində yalnız ana südü ilə qidalandırma
• 6 aydan sonra əlavə qidanın tətbiqi ilə yanaşı, ana südü ilə qidalandırmanın 2 yaşa və ondan sonra da davam etdirilməsi uşağın sağlam böyüməsi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

 

Ana südü ilə qidalandırma ilə bağlı suallarınız olduqda tibb müəssisələrinin mütəxəssislərinə müraciət edə bilərsiniz.

Ən çox oxunanlar