Onkologiya tibb elminin çox sürətlə inkişaf edən, texnoloji yeniliklərdən faydalanan istiqamətlərindən hesab olunur. HIPEC – innovativ hipertermik intraperitoneal kimyaterapiya onun ən son nailiyyətlərindən biridir.
Müsahibimiz Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədr müavini, ümumi cərrah Elgün Səmədovdur.
Azmedinfo.az müsahibəni təqdim edir:
HIPEC nədir və digər cərrahi prosedurlardan nə ilə fərqlənir?
HIPEC metodundan istifadə edərək peritoneal karsinomatozisin müalicəsi konsepsiyası ötən əsrin sonlarında hazırlanmışdır. Bu, son 30 ildə inkişaf edən, hələ də etməkdə olan bir metoddur. HİPEC qarın boşluğunda yayılmış şişlərin müalicəsində istifadə olunur.
HIPEC kimyaterapiyası bədxassəli yenitörəmələrin müalicəsinin innovativ növüdür. Burada şişin çıxarılması üçün sitoreduktiv əməliyyatdan sonra qarın boşluğu yüksək konsentrasiyalı kimyəvi terapiya preparatları olan məhlul ilə yuyulur. Onun istifadəsi xəstəliyin gedişatını ləngitməyə, patoloji hüceyrə bölünməsinin aktivliyini azaltmağa və bədxassəli hüceyrələrin ölümünə şərait yaratmağa imkan verir.
Qarın boşluğu orqanlarının şişləri bütün peritonda metastaz verə bilər, yəni xərçəngin əsas fokusunun böyüməsi və invaziyası baş verir. Qarın boşluğunda metastazların cərrahi rezeksiyası əməliyyatdan dərhal sonra kimyaterapiya dərmanlarının məhlulu ilə yuyulması mikrometastazları – əməliyyat zamanı gözlə görünməyən xərçəng hüceyrələrinin kiçik yığılmasını məhv etməyə imkan verir.
Hansı xərçəng növləri HIPEC ilə müalicə olunur?
Hazırda biz peritona metastaz vermiş bütün xərçəng növlərini müalicə etmək üçün HIPEC-dən istifadə etmirik. Çünki, bu onkopatologiyaların hər biri üçün proqnoz fərqlidir. Biz əsas etibarilə peritoneal kansinomatozis – yəni, yoğun bağırsaqdan qarın boşluğuna yayılmış şişlərə bu metodu tətbiq edirik.
Təcrübəmizə görə, HIPEC proseduru həm də yumurtalıq xərçəngindən qarın boşluğuna metastaz yayılması olan qadınlar üçün çox perspektivli müalicə variantıdır. Hazırda tez-tez üzləşdiyimiz vəziyyətlərdən biri də əvvəlki əməliyyatdan sonra xərçəngin təkrarlanmasıdır.
Bununla yanaşı, HİPEC – İsidilmiş kimyaterapiyanın tətbiqi aktual olan bir sıra digər onkopatologiyalar da vardır: appendiksdən yaranan şişlər, mədə xərçənginin bəzi formaları, nazik bağırsağın bəzi onkoloji zədələnmələri, peritonun ilkin adenokarsinoması.
Adıçəkilən metod xərçəngin ən təhlükəli formalarının bəziləri üçün nisbətən yeni müalicə üsulu olsa da, son vaxtlara qədər ümidsiz hesab edilən vəziyyətlərdə xəstəyə şans verən heyrətamiz nəticələr göstərir.
HİPEC proseduru orta hesabla nə qədər davam edir?
- Anestezioloq xəstəyə optimal anesteziya dozasını hesablayır və tətbiq edir. Bu, ən yaxşı anesteziya effektini təmin etməklə yanaşı, fəsad yaranması riskini minimuma endirir.
- Cərrah peritoneal bölgədə çılpaq gözlə görünən bütün şiş böyümələrinin çıxarılmasından sonra bir parçalanma həyata keçirir. Bu mərhələdə 1 mm-dən böyük olan bütün şiş ocaqları kəsilir.
- Növbəti addım HIPEC özüdür. Həkim, xüsusi avadanlıq və temperatur sensorlarından istifadə edərək, peritoneal strukturları qızdırılan bir kimyaterapiya preparatı ilə yuyur. Bu prosedur orta hesabla 1-1,5 saat çəkir və xərçəng hüceyrələrinə birbaşa təsir etməyə imkan verir.
- Sonra cərrah, şişin çıxarılması prosesi zamanı zədələnmiş toxumaları ardıcıl olaraq tikir.
HIPEC-dən sonra xəstələrin əməliyyatdan sonrakı intensiv qayğıya ehtiyacı ola bilər. HIPEC-dən sonra reabilitasiya fərdiprosesdir və xəstələr ən yaxşı nəticələr əldə etmək üçün həkimin tövsiyələrinə əməl etməlidirlər.
Müsahibənin video-yazısı ilə buradan tanış ola bilərsiniz.
Sonda bir daha qeyd edək ki, HIPEC üsulu gənc, sürətlə imkişaf edən müalicə metodu olmaqla yanaşı, həm də xəstələrə həyatlarının uzadılmasında, həmçinin kanseromatoz kimi çətin patologiyalardan sağalmağa ümid verir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654