Sağlamlıq turizminin davamlı inkişafının təmini və Sərəncamda qarşıya qoyulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə İşçi qrupu yaradılıb. İşçi qrup tərəfindən hazırlanmış təkliflərin müzakirəsi üçün martın 14-də Səhiyyə Nazirliyində İşçi qrupun növbəti iclası keçirilib.
Azmedinfo.az xəbər verir ki, Səhiyyə nazirinin müavini İlqar Qasımovun sədrliyi ilə keçirilən İşçi qrupunun iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutunun, Səhiyyə Nazirliyinin, Elm Və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naftalan Şəhər İcra Hakimiyyəti nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən İlqar Qasımov Naftalanın sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılmasının vacibliyini vurğulayıb: “İşçi qrupunun iclasının məqsədi Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasının təmin edilməsidir. Eyni zamanda, yeni tibbi araşdırmaların aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair İşçi qrupu tərəfindən təkliflər hazırlanıb”.
İclasda Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyevin İşçi qrupu tərəfindən aparılan işlər üzrə məruzəsi dinlənilib və şöbənin baş məsləhətçisi Nigar Nəzərlinin hazırlanan təkliflərə dair təqdimatı nümayiş olunub.
Həmçinin Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun Baş direktoru Ulduz Həşimova, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyevaya və Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri Eldar Qarayev məruzələrlə çıxış ediblər.
Sonda İşçi qrupu tərəfindən görülən işlər üzrə və planlaşdırılan növbəti addımlara dair müzakirələr aparılıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654