Azərbaycanın elmi mühitində gənc istedadların öz bacarıqlarını nümayiş etdirdiyi ən nüfuzlu yarışlardan biri – "Sabahın Alimləri" müsabiqəsində Sabirabad rayonu 5 saylı tam orta məktəbin X sinif şagirdləri mühüm nailiyyət əldə ediblər. Gələcəyin iddialı həkimləri, onların fədakar biologiya müəllimi və layihənin ideya müəllifi olan biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimovanın birgə zəhməti nəticəsində komanda III yer və bürünc medal qazandı!
Azmedinfo.az xəbər verir ki, ideya müəllifinin də bildirdiyi kimi bu uğurun arxasında halal zəhmət, istedad, əziyyət, əzm, güclü iradə və prinsipiallıq dayanır. Final mərhələsinə yüksəlmək heç də asan olmayıb. Ümumilikdə müsabiqəyə 654 layihə təqdim edilib, onlardan yalnız 138-i finala keçib. Şagirdlərin iştirak etdiyi "Tibb və Sağlamlıq" bölməsində 67 layihə mübarizə aparıb və yalnız 12-si I, II, III yerlər uğrunda yarışıb.
Gənc alimlərin təqdim etdiyi "Milli Genofondumuz: Uzunömürlülər" adlı tədqiqat ölkəmiz üçün unikal mövzuya həsr edilib. 20 ildən artıqdır ki, bu istiqamətdə çalışan Zenfira Qədimova uzunömürlülük fenomenini araşdıraraq, bu dəfə araşdırmanı məhz Aran regionuna yönəldib. Bu tədqiqat Azərbaycanın təkcə təbii sərvətləri ilə deyil, eyni zamanda milli və mənəvi sərvətləri ilə də zəngin olduğunu bir daha sübut edir. Uzunömürlülüyü ilə seçilən vətənimiz – dağları, düzənlikləri, yaylaqları və aran torpaqları ilə daha əziz, daha dəyərlidir!
Bu möhtəşəm uğur, heç şübhəsiz, gələcəyin alimlərinə yeni stimul verəcək. Elm yolunda inamla addımlayan Sabirabad məktəbliləri göstərdi ki, zəhmət, əzmkarlıq və elm sevgisi sayəsində böyük zirvələr fəth etmək mümkündür. Gələcəyin həkimləri və alimləri üçün bu, yalnız bir başlanğıcdır!
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654