Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
21 Aprel 2026, Çərşənbə axşamı, 14:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
Baş nazir aviasiya personalının dövri müayinələrdən keçirilməsi haqqında qərar imzalayıb
10 Aprel 2025
542
Baş nazir aviasiya personalının dövri müayinələrdən keçirilməsi haqqında qərar imzalayıb

“Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları” təsdiqlənib.

 

Azmedinfo.az -ın verdiyi xəbərə görə, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

 

Müvafiq Qərara əsasən, “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı” da öz təsdiqini tapıb.

 

Bu Qaydalar "Aviasiya haqqında" Qanuna uyğun olaraq hazırlanıb və aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması qaydalarını müəyyənləşdirir.

 

Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ən çox oxunanlar