Gənc kardioloqlar bir araya gəldi - Ürək sağlamlığı gündəmdədir
13 Aprel 2025
682
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə 10-12 aprel tarixində Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və “ETKİ könüllüləri” iştirak ediblər.
Birinci Gənc Kardioloqlar Forumu rəsmi açılış mərasimi aprelin 20-də keçirilib. Açılışda giriş sözü ilə çıxış edən ETKİ-nin direktoru, forumun sədri, professor Gülnaz Dadaşova tədbir iştirakçılarını salamlayaraq, Forumun vacibliyini vurğulayıb: “Bügünki Forum kardiologiya sahəsində həyata keçirilən islahatların ilkin nəticələri və perspektivlərini dərindən analiz etmək və geniş, çoxtərəfli müzakirələr aparmaq üçün əhəmiyyətli platformadır. Əminəm ki, Forumun davam edəcəyi bu iki gün ərzində aparılacaq səmərəli müzakirə və fikir mübadilələri kardiologiyanın növbəti dövrdəki inkişafına əhəmiyyətli töhfə olacaqdır”.
Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev forum iştirakçılarını salamlayaraq, qeyd edib ki, zəngin proqram üzrə maraqlaı panellər və kurslar aparılır və bu öz növbəsində kardiologiya sahəsinin inkişafına öz töhfəsini verəcək. Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, forum kardiologiya üzrə gənc mütəxəssisləri bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.
Azərbaycan Respublikası İnsan Huquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz çıxışında qeyd edib ki, Forumun proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik, debatlar daxildir.
3 gün davam edən Foruma 600-dən artıq yerli mütəxəssislər qatılıb.
Qeyd edək ki, Birinci Gənc Kardioloqlar Forumu Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 46 DTT balı ilə qiymətləndirilib.
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654