Dünyanın müxtəlif ölkələrindən tanınmış pediatrlar, uşaq diyetoloqları, ictimai səhiyyə, ərzaq təhlükəsizliyi və qidalanma üzrə mütəxəssislər, eləcə də UNICEF, ÜST və digər beynəlxalq təşkilatların nümayəndələri bu günlərdə Niderlandın paytaxtı Amsterdamda keçirilən “Dünyada körpələrin qidalanma problemləri” mövzusuna həsr olunmuş beynəlxalq sammitdə bir araya gəlib.
Azmedinfo.az xəbər verir ki, tədbirin əsas məqsədi qlobal miqyasda körpələrin sağlam və balanslı qidalanmasına mane olan amillərin araşdırılması, körpə yaşlarda ana südünün əhəmiyyətinin vurğulanması, körpələrin bağırsaq sağlamlığı və mikrobiotası ilə bağlı problemlərin dəyərləndirilməsi, eləcə də bu istiqamətdə birgə həll yollarının müəyyənləşdirilməsi olub.
Sammitdə ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə təmsil edib. Təranə xanım bir çox müzakirələrdə fəal iştirak edərək Azərbaycanın bu sahədəki təcrübəsini bölüşüb, həmçinin regional və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Körpələrin qidalanmasına dair vacib məsələlər gündəmə gətirildi
Tədbir zamanı Təranə Tağızadə erkən yaş dövründə düzgün qidalanmanın körpələrin inkişafına təsiri, sosial və iqtisadi amillərin uşaqların qida rejiminə olan təsiri, həmçinin körpələrdə balanslaşdırılmış qidalanmanın təşkili ilə bağlı müxtəlif müasir yanaşmalar haqqında geniş müzakirələrdə fikir bildirib. O, Azərbaycanda ana və uşaq sağlamlığı mövzusunda apardığı maarifləndirici tədbirlər, ilkin səhiyyə müəssisələrində həyata keçirilən monitorinq proqramları və valideynlərə yönəlmiş təlim layihələri barədə də iştirakçıları məlumatlandırıb. Praktiki nümunələrə diqqət çəkən Təranə xanım, Azərbaycanın müxtəlif bölgələrində uşaqların qidalanma vəziyyəti ilə bağlı apardıqları araşdırmalardan əldə olunan nəticələri paylaşaraq, erkən müdaxilələrin və təlimatlı pediatrik nəzarətin əhəmiyyətindən bəhs edib.
Sammitdə körpələrin qidalanması sahəsində son elmi yeniliklər və innovativ yanaşmalar ətrafında geniş müzakirələr aparılıb. Tədbir iştirakçılarına bir sıra aktual mövzularla bağlı tapşırıqlar təqdim olunub, onların üzərində birgə işlənilməsi təşviq edilib.
Müzakirə edilən mövzular arasında ana südünün keyfiyyəti və üstünlükləri, uşaqlarda bağırsaq xəstəliklərinin yayılma səbəbləri, bağırsaq mikrobiotasının rolu və ana südünün tərkibindəki əsas faydalı komponentlərin funksional əhəmiyyəti xüsusilə diqqət çəkib. Panel müzakirələrində müxtəlif ölkələrdən olan pediatrlar, diyetoloqlar və tədqiqatçılar bu sahədəki elmi yeniliklər, statistik məlumatlar və klinik müşahidələr əsasında tövsiyələrini bölüşüblər.
Xüsusilə Azərbaycandan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Zenfira Quliyeva, Çinin Çzyannan Qida Elmləri Universitetinin professoru Pen Çjou, Vaqeninqen Universitetinin professoru Kasper Hettinq və Amsterdam Universitetinin professoru Mark Benninq beynəlxalq sammitdə körpə qidalanması üzrə ən son elmi yenilikləri təqdim ediblər. Onlar erkən yaşda düzgün qidalanmanın uzunmüddətli sağlamlıq təsirləri və innovativ qida texnologiyalarının əhəmiyyəti barədə çıxış ediblər.
Körpə sağlamlığına innovativ yanaşma
Təranə Tağızadə bir qrup xarici həmkarı ilə birlikdə ana südünün tərkibindəki vacib faydalı komponentləri birləşdirən xüsusi cihazın hazırlanması ideyasını təqdim edərək, innovativ təkliflə çıxış edib. Təklif olunan bu cihaz, müxtəlif səbəblərdən ana südü ilə qidalanmayan körpələr üçün alternativ qidaların hazırlanmasını və ana südünün bioaktiv tərkibinə mümkün qədər yaxınlaşdırılmış qida formullarının istehsalını mümkün etmək üçün nəzərdə tutulur. Bu ideya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və gələcəkdə birgə tədqiqat imkanları müzakirə olunub.
Sammitdə, həmçinin, gələcək tibbi protokollarda əksini tapacaq son elmi nailiyyətlər, o cümlədən bağırsaq mikrobiotasının formalaşması ilə bağlı yenilənmiş yanaşmalar müzakirə olunub.
Ən maraqlı bölümlərdən biri isə körpələrdə mədə-bağırsaq sistemində inək və keçi südünün həzmi prosesini əks etdirən laborator təcrübələrin nümayişi olub. Bu eksperimental hissədə mütəxəssislər müxtəlif süd tərkiblərinin bağırsaq fermentasiyasına təsirini əyani şəkildə nümayiş etdirərək, onların orqanizm tərəfindən hansı səviyyədə mənimsənildiyini izah ediblər. Təcrübələr, müxtəlif süd növlərinin körpələrin orqanizminə fərqli təsir mexanizmlərinə malik olduğunu ortaya qoyub.
Sammitin sonunda bu cür beynəlxalq platformaların gələcəkdə daha geniş miqyasda təşkili və elmi innovasiyaların praktik səhiyyəyə tətbiqinin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda mütəxəssislər həmçinin uşaq qida sənayesindəki əsas problemləri, qida əlavələrinin keyfiyyəti, marketinq strategiyalarının etik çərçivələri və qida təhlükəsizliyi məsələlərini də ətraflı müzakirə ediblər.
Beynəlxalq sammitin iştirakçıları Amsterdamdakı Micropia muzeyini də ziyarət ediblər. Mikrobologiya sahəsində beynəlxalq platforma olan muzeyin əsas ideyası mikroblar haqqında məlumatların yayılması və tədqiqatçıları bu sahədə araşdırmalara təşviq etməkdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654