Azərbaycan Pediatrlar Assosiasiyası olaraq hər il aprelin 25-də qeyd olunan Ümumdünya Malyariya ilə Mübarizə Günü münasibətilə bu xəstəliklə mübarizədə həm beynəlxalq, həm də ölkədaxili səyləri dəstəklədiyimizi bəyan edirik.
Azmedinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 60-cı sessiyasında qəbul olunmuş qərara əsasən bu günün qeyd olunması malyariyaya qarşı qlobal mübarizəyə diqqəti artırmaq məqsədi daşıyır. Malyariya ağcaqanadlar vasitəsilə yayılan və hər il dünyada 300 milyondan çox insanı təsirə məruz qoyan ciddi infeksion xəstəlikdir. 2000-ci ildən bəri dünyada 2,2 milyard malyariya və 12,7 milyon ölüm hadisəsinin qarşısını alınıb. Lakin ÜST-ün yeni hesablamalarına görə, xəstəlik bütün dünyada, xüsusən də Afrika da əsas ictimai sağlamlıq təhlükəsi olaraq qalır.
2008-2014-cü illər ərzində Azərbaycan Pediatrlar Assosiasiyasının üzvləri ölkəmizdə malyariyaya qarşı mübarizə layihəsinin hazırlanmasında və elmi sübutlara əsaslanan müalicə protokolunun tərtibində fəal iştirak edib. Bu protokol BMT-nin xüsusi təlimləri və 97 sual-cavabdan ibarət sınaq mərhələsinin uğurla tamamlanmasından sonra təsdiqlənib və tətbiq olunub.
Azərbaycan Pediatrlar Assosiasiyası ÜST-ün malyariyaya qarşı mübarizə proqramını ölkə reallıqlarına uyğun şəkildə adaptasiya edərək, xüsusilə malyariyanın yüksək riskli olduğu bölgələrdə genişmiqyaslı fəaliyyət həyata keçirib. Bu proses Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin layihəsi çərçivəsində, BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə təşkil olunub. Region həkimləri ilə birgə təlimlər keçirilib, elmi sübutlara əsaslanan müalicə protokolları hazırlanıb və əhali arasında maarifləndirmə tədbirləri genişləndirilib. Bu əməkdaşlıq nəticəsində ölkədə effektiv əks-epidemik tədbirlər sistemli şəkildə həyata keçirilib.
Hazırda ölkəmizdə yerli yoluxma hallarına rast gəlinməməsinə baxmayaraq, profilaktik və əks-epidemik tədbirlər davamlı şəkildə aparılır. Bu istiqamətdə görülən işlərin təməlində tarixi bir irs dayanır.
Tanınmış alim, epidemioloq, Əməkdar Elm Xadimi, professor Tağı Tağızadə hələ 1970-80-ci illərdə malyariyaya qarşı mübarizə sahəsində mühüm bir təklif irəli sürüb. Onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə evkalipt ağaclarının əkilməsi və gambuziya balıqlarının su hövzələrinə buraxılması ilə bağlı layihə həyata keçirilib. Bu bioloji mübarizə metodları nəticəsində malyariyanın yayılmasının qarşısı uğurla alınıb və bu töhfə günümüzdə də ölkəmizin səhiyyə tarixində nümunə olaraq xatırlanır.
Assosiasiya olaraq bildiririk ki, malyariya kimi qarşısı alına bilən xəstəliklərə qarşı elmi yanaşma, ictimai maarifləndirmə və davamlı profilaktik tədbirlər həlledici rol oynayır. Biz bu istiqamətdə beynəlxalq əməkdaşlığa açıq olduğumuzu, eləcə də ölkəmizdə bu xəstəliyin nəzarətdə saxlanılması üçün öz töhfəmizi verməyə davam etdiyimizi vurğulayırıq.
Sağlam gələcəyin təmin olunması hər bir səhiyyə işçisinin və ictimaiyyətin birgə məsuliyyətidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654