Kembric Universitetində professorun kitabının təqdimatı keçirildi
Böyük Britaniyanın Kembric şəhərində St Catharine’s Kollecində Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin sədri, Azərbaycan Pediatrlar Assosiasiyasının Fəxri Vitse-prezidenti, t.e.d., professor Lalə Allahverdiyevanın “COVID-19: Əsrin Xəstəliyi” (“COVID–19: Disease of the Century”) adlı kitabının təqdimat mərasimi keçirilib.
Azmedinfo.az xəbər verir ki, mərasimdə britaniyalı professorlar və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Professor Lalə Allahverdiyeva bildirib ki, bu kitab pandemiyanı yalnız tibbi aspektdən deyil, həm də qlobal miqyasda intellektual və strateji yanaşma prizmasından təhlil edən ilk əhatəli nəşrlərdən biridir. 20 fəsildən ibarət 256 səhifəlik kitabda 193 mənbəyə istinad olunub. Bu kitabda SARS-CoV-2 virusunun biologiyası, pandemiyanın başlanğıcı, xəstəliyin epidemiologiyası və patogenezi, COVID-19-un SARS və MERS virusları ilə müqayisəsi, klinik xüsusiyyətlər, diaqnostika və müalicə üsulları, vaksinasiya prosesi, əlaqəli göstərişlər, əks göstərişlər, həmçinin uşaqlarda COVID-19 xəstəliyinin gedişatı, allergik xəstəlikləri olan pasiyentlərdəki xüsusiyyətlər geniş şəkildə araşdırılıb.
Lalə Allahverdiyeva çıxışında xüsusi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən “Duzdağ Mağaraları”nda post- COVID sindromlu xəstələrin speleoterapiya üsulu ilə reabilitasiyasından da bəhs edib. O qeyd edib ki, post-COVID sindromunun bu unikal müalicə üsulu Azərbaycanda uğurla tətbiq edilib və xəstələrin sağlamlıqlarında nəzərəçarpacaq müsbət dəyişikliklər əldə olunub.
Tədbir müzakirələrlə davam etdirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650