Birləşmiş Millətlər Təşkilatının nay ayının 12-də başlayan 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi piyadaların və velosipedçilərin təhlükəsizliyinin təmin edilməsinə həsr olunub.
Azmedinfo.az xəbər verir ki, bu münasibətlə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Piyada gəzinti və velosiped idman növünün təşviqi: siyasət seçimlərinin alətlər dəsti" adlı yeni metodik bələdçini təqdim edib.
Yol-nəqliyyat hadisələri dünya miqyasında ölüm və əlilliyin aparıcı səbəblərindəndir. ÜST-ün təqdim etdiyi statistik rəqəmlərə görə, hər il demək olar ki, 1,2 milyon insan yollarda həyatını itirir. Onların dörddə birindən çoxu piyadalar və ya velosipedçilərdir.Bununla belə, dünya üzrə yolların yalnız 0,2%-i velosiped zolaqları ilə təchiz olunub.
"Piyada gəzinti və velosiped idmanı insan sağlamlığını gücləndirməklə yanaşı, şəhərlərə dayanıqlı yaşıl səhiyyə qazandırmaq iqtidarındadır. Hər bir addım və hər bir velosiped sürmə tıxacları, havanın çirklənməsini və xəstəlikləri azaltmağa kömək edir" - deyə, ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus diqqətə çatdırıb. Onun sözlərinə görə, daha çox insanın bu daha sağlam və ekoloji cəhətdən təmiz nəqliyyat növlərini seçməsi üçün piyadaların və velosipedçilərin təhlükəsizliyini təmin etmək vacibdir.
Gəzintinin və velosiped idmanının çoxsaylı üstünlüklərinə baxmayaraq, dünya ölkələrinin üçdə birindən azı onları təşviq edən milli strategiyaya malikdir. ÜST-ün təqdim etdiyi yeni bələdçi bu boşluğu doldurmaq və siyasətçilərə, şəhər planlaşdırıcılarına, səhiyyə fəallarına və vətəndaş cəmiyyətinə praktiki, sübuta əsaslanan məsləhətlər vermək məqsədi daşıyır.
Metodik bələdçi bir sıra qətiyyətli addımların atılmasını tövsiyə edir. Bunlardan başlıcası piyada gəzinti və velosiped idmanı növlərinin hökumətlərin milli nəqliyyat, sağlamlıq, ətraf mühit, yaşıl səhiyyə, habelə təhsil strategiyalarına inteqrasiya olunmasını təmin etməkdir.
ÜST mayın 18-dək davam edəcək 8-ci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində dünya üzrə yüzlərlə təşkilat və hökuməti yol təhlükəsizliyini yaxşılaşdırmaq üçün təcili tədbirlər görməyə çağırır.Yol Təhlükəsizliyi üzrə Qlobal QHT Alyansı dünyanın 100 ölkəsində 400-dən çox üzv təşkilatı bu kampaniyaya dəstək vermək üçün səfərbər edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654