Mayın 27-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
Azmedinfo.az xəbər verir ki, iclasda komitə sədri Əhliman Əmiraslanov gündəliyə Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.
Komitə sədri qeyd edib ki, layihə birinci oxunuşda həm komitədə, həm də plenar iclasda geniş müzakirə olunaraq yekdilliklə qəbul edilib. O bildirib ki, qanun layihəsinin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və tibb işçilərinin peşəkarlığının yüksəldilməsidir. Yeni mexanizmə əsasən, sertifikasiya imtahanlarına alternativ olaraq davamlı peşəkar inkişaf sistemi tətbiq ediləcək. Belə ki, tibb işçiləri beş il ərzində 250 kredit balı toplayaraq imtahandan azad olunacaqlar və peşəkar fəaliyyətlərini davam etdirə biləcəklər. Əhliman Əmiraslanov vurğulayıb ki, bu sistem dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilir. Qeyd edilib ki, bundan sonra yüksəkixtisaslı mütəxəssis statusunu yalnız rezidentura təhsili yolu ilə əldə etmək mümkün olacaq.
İclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, yeni metodoloji yanaşma səhiyyə sahəsində son illərin ən mütərəqqi islahatlarından biridir. Sertifikasiyanın məqsədi tibb işçilərinin bilik və bacarıqlarının davamlı inkişafını təmin etməkdir.
Sonra Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova çıxışında qeyd edib ki, ilkin mərhələdə imtahandan keçməyənlərin sayı artmayıb və uğursuz nəticə göstərənlərin əksəriyyəti üç ay ərzində təkrar imtahanla uğur qazanır. Onun sözlərinə görə, regionlarda kadr çatışmazlığı və maddi çətinliklər nəzərə alınaraq, sertifikasiyadan keçə bilməyən şəxslərin əməkhaqqı və iş yerləri altı ay müddətinə qorunacaq.
İclasda, həmçinin təkmilləşdirmə proqramlarının distant formada keçirilməsi, imtahan suallarının səviyyəyə görə kateqoriyalara bölünməsi və sual bazasının yenilənməsi məsələləri də müzakirə olunub.
Qanun layihəsinin müzakirəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komitənin üzvi Göydəniz Qəhrəmanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Səhiyyə komitəsinin üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Məlahət İbrahimqızı və Müşfiq Məmmədli çıxış edərək məsələ ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654