İyunun 21-də Bakıda keçirilən “Mədə xərçənginə müasir baxış – hər yönü ilə mədə xərçəngi” adlı elmi-praktik konfrans çərçivəsində Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədr müavini, ümumi cərrah Elgün Səmədov Azmedinfo.az-a eksklüziv açıqlama verib. O, mədə xərçənginin ölkəmizdə yayılma səviyyəsi və bu sahədə qarşıda duran real hədəflərlə bağlı önəmli məqamları bölüşüb:
“Bugünkü statistikaya nəzər salsaq görərik ki, mədə xərçənginin rastgəlmə tezliyinə bizim ciddi təsir imkanımız yoxdur. Ölkə olaraq, kişilər arasında rastgəlmə tezliyinə görə dünyada 17-ci yerdəyik. Ümumiyyətlə, bizim coğrafiyada bu xəstəliyə tez-tez rast gəlinir.”
Elgün Səmədov bildirib ki, cəmiyyətlər, ictimai təşkilatlar, hətta dövlət dəstəyi ilə müxtəlif proqramlar həyata keçirsə belə, rastgəlmə tezliyini dəyişmək real olaraq mümkün deyil:
“Bu göstərici müxtəlif bioloji və coğrafi faktorların təsirində formalaşır. Amma biz daha mühüm bir istiqamətə fokuslana bilərik. Hazırda mədə xərçəngi Azərbaycanda xərçəngdən ölüm səbəbləri arasında 3-cü yerdə dayanır. Bu isə dəyişdirilə biləcək bir statistikadır.”
Onun sözlərinə görə, doğru yanaşma və vaxtında tətbiq olunan müasir diaqnostik və müalicə metodları ilə ölüm hallarının sayını azaltmaq mümkündür:
“Əsas vəzifəmiz rastgəlmə tezliyini azaltmaq yox, xərçəngə bağlı ölüm hallarını geri çəkmək olmalıdır. Bu, bizim əlimizdədir. Lazımi diaqnostika, müasir endoskopik texnologiyalar, hətta əməliyyata ehtiyacı az olan metodlarla mədə xərçəngi ilə mübarizədə ciddi uğurlar əldə etmək mümkündür.”
Mütəxəssis qeyd edib ki, bu məqsədə çatmaq üçün həm səhiyyə sistemində struktur yanaşmalar, həm də maarifləndirici fəaliyyətlər gücləndirilməlidir:
“Erkən diaqnostika və hədəflənmiş tibbi yanaşma nəticəsində xəstəliyin gedişatını dəyişə, pasiyentin həyat keyfiyyətini və sağqalım ehtimalını artıra bilərik. Bu baxımdan, hər bir tibbi konfrans bu istiqamətdə atılmış əhəmiyyətli addımdır.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654