Türkiyənin İzmir vilayətində yerləşən bir arı təsərrüfatında allergiya, tənəffüs yolları xəstəlikləri və immun sistemi zəif olan insanlara dəstəkləyici müalicə prosesi kimi "arı havası" (api-air) tətbiq edilir.
Azmedinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda təqaüddə olan əkinçilik texniki Hüseyn Ceylan anasının xərçəng xəstəliyindən müalicə aldığı dövrlərdə arı məhsullarının əhəmiyyətli təsir gücünə şahid olduğu üçün bu gün öz təsərrüfatında 400 arı pətəyi ilə "arı havası" tətbiqini həyata keçirir.
Apiterapiya Qədim Misir dövründən bəri məlumdur və bu kompleks müalicənin bir hissəsi arı pətəklərindən havanın istifadəsidir. Belə ki, pətəkdə olan bal, polen, propolis və bal mumu ətraf mühitin istiliyinə görə havaya qarışır. Bu hava xəstə tərəfindən aparat vasitəsilə tənəffüs edilir və müalicə aparılır.
Bu gün dünyanın müxtəlif ölkələrində bu məqsədlə yaradılmış müalicə mərkəzləri fəaliyyət göstərir. Və bu mərkəzlərə yüzlərlə insan müraciət edir. Bu evlərdə arıların və pətəklərin girişləri təcrid olunub, insanların arılarla əlaqəsi kəsilib. Gələn xəstələr müəyyən müddət ərzində bu havanı nəfəs alır və arının digər məhsullarından da faydalanırlar.
Arı pətəyində yaranan havanın inhalyasiyası insanın psixofiziki vəziyyətinə son dərəcə müsbət təsir göstərir. O, apreldən sentyabr ayına qədər qəbul edilə bilər.
Əhəmiyyətli qoxularla doymuş hava bronxit, astma, allergiya, xroniki ağciyər xəstəlikləri, infeksiyalara qarşı həssaslıq, immun sisteminin zəifliyi, tənəffüs yollarının infeksiyaları, xroniki baş ağrıları, miqren, stress və depressiya ilə mübarizədə mühüm dəstəkləyici müalicə funksiyasını yerinə yetirir.
Xüsusi tənəffüs maskası vasitəsilə isti arı pətəyinin havasını udmaqla, bir sıra müalicəvi təsirə malik olan bu qiymətli maddələri istehlak etmək mümkündür. Apiterapiya bizə bir çox problemlərin öhdəsindən təbii yolla qalib gəlməyə kömək edir. Bu, idmançılar, uşaqlar və yaşlılar üçün çox vacibdir.Tövsiyə olunan müalicə müddəti 3-12 gün ərzində hər biri 30 dəqiqə olmaqla, gündə iki dəfədir. Müalicənin təsiri altı-səkkiz həftəlik apiterapiyanın tamamlanmasından sonra görünür.
82 yaşlı Əli Hüseynin sözlərinə görə, 16 il öncə xərçəng xəstəliyindən müalicə aldığı zaman İzmirdə fəaliyyət göstərən apiterapiya mərkəzinə müraciət edib. O, nəinki xərçəngə qalib gəlib, bu günədək mütəmadi qəbul etdiyi "arı havası" ilə müalicə sayəsində heç bir xəstəlik keçirməyib.
ABŞ-dən olan bir ailənin bütün üzvləri COVİD-19 pandemiyasından sonra qoxu və dad itkisi şikayətləri ilə bu mərkəzə müraciət ediblər. İndi onların qoxu və dadbilmə qabiliyyəti yavaş-yavaş geri qayıtmağa başlayır.
Beləliklə, arının faydalı məhsulları ilə yanaşı, pətəyin içindəki hava da insanlar üçün şəfa mənbəyidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654