Malyariyaya yoluxmuş körpələr və 5 kiloqrama qədər kiçik uşaqların müalicəsində istifadə edilməsi üçün hazırlanan ilk antimalyariya dərmanı, İsveçrənin rəsmi dərman nəzarəti qurumu "Swissmedic" tərəfindən təsdiqlənib.
Azmedinfo.az yazır ki, BBC-nin xəbərinə əsasən, bu dərman "Swissmedic" testlərindən keçərək körpə və kiçik uşaqların müalicəsində istifadəsinə icazə verilən ilk antimalyariya dərmanı olub. Bu dərmanla köhnə müalicələrdə körpələrdə müşahidə olunan doza aşımı təhlükəsinə həll gətirilməsi hədəflənir.
İsveçrə mərkəzli Novartis əczaçılıq şirkəti tərəfindən hazırlanan dərmanın bir neçə həftə ərzində malyariya hallarının ən yüksək olduğu ölkələrdə qeyri-kommersiya əsasında istifadəyə verilməsi planlaşdırılır.
Swissmedic-in internet saytından verilən açıqlamada, sözügedən dərmanın digər ölkələrdə də təsdiqlənmə prosesini tamamladıqdan sonra bazara çıxarılacağı qeyd edilib.
Dərmanın qiymətləndirmə və sınaqlarında iştirak edən Afrika ölkələri Burkina Faso, Fil Dişi Sahili, Keniya, Malavi, Mozambik, Nigeriya, Tanzaniya və Uqandanın dərmanın ilk paylanacağı ölkələr arasında olması gözlənilir.
"Coartem Baby" və ya "Riamet Baby" adıyla tanınan dərman, Novartis və qeyri-kommersiya təşkilatı olan Sıtma Dərmanları Təşəbbüsü (MMV) ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Köhnə müalicələrdən fərqli olaraq, dozası sözügedən qrup üçün nəzərdə tutulmuş yeni dərman, 5 kiloqramdan yüngül uşaqlar və körpələr üçün təhlükəsiz hesab olunur.
Malyariyanın dünyanın ən ölümcül xəstəliklərindən biri olduğunu bildirən MMV-nin baş icraçı direktoru Martin Fitchet, doğru resurslar və fokuslanmış işlərlə xəstəliyin aradan qaldırıla biləcəyini ifadə edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il məlumatlarına görə, malyariya böyük əksəriyyəti Afrikada olmaqla 597 min ölümə səbəb olub, ölümlərin 76%-ni 5 yaşından kiçik uşaqlar təşkil edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654