Həkimlərin narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə daha fəal olmasını təmin etmək məqsədilə həyata keçirilən növbəti “Yaşıl Aypara Könüllü həkimlər layihəsi”nə müraciətlər başlayıb.
Azmedinfo.az Yaşıl Aypara Cəmiyyətinə istinadla xəbər verir ki, adıçəkilən layihənin hədəfi zərərli vərdiş və aludəçiliyə qarşı mübarizə aparan, maarifləndirmə səyləri ilə öz təcrübələrini bölüşmək istəyən 5000 könüllü həkimi öz ətrafında birləşdirməkdir.
Layihə çərçivəsində ailə həkimlərindən tutmuş mütəxəssislərə qədər müxtəlif sahələrdən olan həkimlər təlimlər və digər xidmətləri vasitəsilə layihəyə dəstək verəcəklər. Təlim modulları, akademik tədqiqatlar, çoxistiqamətli sahə fəaliyyətləri və maarifləndirmə kampaniyaları ilə dəstəklənən bu layihə, eyni zamanda, dövlətin səhiyyə siyasətinə töhfə verəcək yeni elmi araşdırmaların, statistik məlumatların təqdim edilməsinə yol açır.
Asılılıqla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq qurumlarla əməkdaşlıqda effektiv beynəlxalq strukturun yaradılması layihənin prioritetləri sırasındadır. Bu layihə sayəsində həkimlər alkoqol, tütün, narkotik maddə, qumar və internet asılılığı ilə bağlı qoruyucu, profilaktik və müalicəvi prosesləri aktiv şəkildə dəstəkləyəcəklər.
Xatırladaq ki, Yaşıl Aypara Cəmiyyəti 1920-ci ildə Birinci Dünya müharibəsi illərində və sonrasında işğalçı qüvvələrin türkiyəli gənclərdə alkoqol və narkotik maddələrdən asılılıq yaratmaq cəhdinin, habelə Türkiyə cəmiyyətində işğala qarşı mübarizə ruhunun məhv edilməsinin qarşısını almaq məqsədi ilə yaradılıb.
Bu gün 147 min nəfər könüllünü öz ətrafında birləşdirən Cəmiyyət dünyanın 65 ölkəsində zərərli vərdişlərlə məqsədyönlü və uğurlu mübarizə aparır.
“Yaşıl Aypara Könüllü həkimlər layihəsi”nə qoşulmaq istəyən həkimlər Yaşıl Aypara Cəmiyyətinin rəsmi veb-saytındakı ərizə formasını dolduraraq prosesdə iştirak edə bilərlər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142