Dərin damar trombozu genetik faktorlar və bəzi dərmanlardan istifadə səbəbindən, həmçinin uzun müddət hərəkətsizlikdən sonra ayaq damarlarında laxtalanma meydana gəldiyi zaman inkişaf edən damar xəstəliyidir.
Azmedinfo.az-ın verdiyi xəbərə görə, mütəxəssislər yay aylarında temperaturun yüksəlməsinin, uzun müddət davam edən uçuş və digər səfərlər zamanı hərəkətsizliyin, maye itkisinin dərin damar trombozu riskini artırdığını bildiriblər.
Dərin damar trombozu riski yüksək olan insanların səyahətdən əvvəl mütləq həkim müayinəsindən keçmələrinin əhəmiyyətindən danışan türkiyəli ürək-damar cərrahı, professor Mete Gürsoy "60 yaşdan yuxarı insanlar, aktiv xərçəng xəstələri, əvvəllər dərin damar trombozu və ya ağciyər emboliyasından əziyyət çəkən şəxslər, genetik laxtalanma pozğunluğu və ya varikoz damarları olanlar, hamilə qadınlar, hormon müalicəsi alan şəxslər risk qrupundadır" - deyə vurğulayıb. Onun fikrincə, sadə ehtiyat tədbirləri görməklə bu təhlükənin qarşısı böyük miqyasda alına bilər.
Bəs nə etməli?
Səyahətdən əvvəl 10-15 dəqiqəlik gəzinti ilə ayaq əzələlərini aktivləşdirmək, hər 1,5-2 saatdan bir fasilə verib qısamüddətli piyada gəzmək, təyyarə, avtobus və ya qatar kimi nəqliyyat vasitələrində müəyyən fasilələrlə qalxıb-əyləşmək, oturarkən topuqlar üçün yüngül idman məşqləri etmək, bol su içmək və alkoqoldan uzaq durmaq, rahat, dar olmayan paltarlar geyinmək, risk qrupuna daxil olan şəxslərin varikoz üçün corabdan istifadə etməsi vacibdir.
Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı - azmedinfo.az izləyicilərinə hər zaman sağlam və xoşbəxt həyat, maraqlı və yaddaqalan istirahət etmələrini diləyir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654