Bu gün müasir standartlara cavab verən avadanlıq və texnologiya olmadan tibb müəssisələrinin ixtisaslaşmış səhiyyə xidmətləri göstərməsi mümkün deyil. Texnologiyalar qlobal cəmiyyətin hər bir fərdinə səhiyyə xidmətinin göstərilməsi işində innovativliyi və çevikliyi təmin etməklə kifayətlənmir, eyni zamanda, bu xidmətləri günbəgün inkişaf etdirir, əhatə dairəsini genişləndirir.
Azmedinfo.az Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi, akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Günel Məmmədovanın dünyanın ən "ağıllı" xəstəxanası olmağı qarşısına hədəf qoyan Klinikanın yaşıl və rəqəmsal tibbi xidmətlərindən bəhs edən məqaləsini oxucularına təqdim edir.
Məqalədə göstərildiyi kimi, Finlandiyanın Oulu Universitetinin Klinikası 2030-cu ilədək dünyanın ən "ağıllı" xəstəxanası olmağı qarşısına hədəf qoyub. Bu transformasiyanın əsas elementlərindən biri intellektual, robototexnikaya əsaslanan dərman paylama sisteminin tətbiqidir.
Robotlaşdırılmış dərman təyini və paylama sisteminə keçidin əsas məqsədi bu prosesə ayrılan zamanı minimum həddə endirməklə tibbi personalın pasiyentlərə daha çox vaxt ayırmalarına imkan yaratmaqdır.
Robot qablaşdırma
Məqalə müəllifinin sözlərinə görə, Oulu Universitetinin Klinikasında pasiyentlərə dərman təyinatı, dozanın müəyyənləşdirilməsi və paylanması elektron xəstə məlumatları sistemi ilə inteqrasiya edilib və 2 mərhələ üzrə həyata keçirilir. İş prosesi elektron reseptlə başlayır.
Səkkiz robot doza həddi əvvəldən müəyyən olunmuş dərmanların qablaşdırılması və saxlanması ilə məşğul olur. Həmin robotlar temperatur, hava keyfiyyəti, rütubət və s. kimi vacib parametrləri nəzarətdə saxlanılan D sinfinə uyğun xüsusi təmiz otaqda yerləşdirilir. Orijinal qablaşdırmaların saxlanması, habelə işçi heyət üçün əlavə təmiz sahələr də nəzərdə tutulub.
Robotlardan üçü dərmanları fərdi doza paketlərinə yığır. Onlar ampullar, transdermal plastrlar da daxil olmaqla, geniş diapazonlu dərman formatları ilə işləyə bilirlər.
Blister paketləri elə kəsilir ki, tabletlər və ya kapsullar blisterlərdə qalsınlar. Daha sonra robotlar birdəfəlik paketlərə qablaşdırırlar.
Bu "ağıllı" köməkçilər bəzi ağır antibiotiklərdən, ölçü və ya çəki məhdudiyyətləri ilə əlaqəli nadir istisnalardan başqa, Klinikanın dərman qablaşdırma ehtiyaclarının təxminən 99%-ni təmin edə bilirlər.
Dərman məhsulunun adı, seriya nömrəsi və son istifadə tarixi ilə etiketlənmiş birdozalı paketləri "Pegasus" adlı 4-cü robot saxlayır və paylamağa hazırlayır. "Pegasus" resept məlumatlarına uyğun olaraq pasiyentlər üçün xüsusi dərman "üzük"lərini və ya klipslərini avtomatik olaraq yığır. Bu klipslərdə xəstəyə lazım olan bütün dərmanlarla yanaşı, pasiyentin özü, onun müalicə aldığı palata, təyin edilmiş dərman kompleksinə daxil olan preparatlar və onların qəbulu saatları haqqında informasiyanı əks etdirən etiket vardır.
Növbəti mərhələdə xəstələrə təyin edilmiş medikamentoz vasitələr pnevmatik boru sistemi vasitəsilə qısa zamanda Oulu Klinikasının şöbələrinə çatdırılır. Bu tibb müəssisəsi Avropanın ən böyük pnevmatik boru-kommunikasiya sistemlərindən birinə malikdir və sistemi daha da genişləndirməyi planlaşdırır.
Finlandiyalı mütəxəssislərin ərsəyə gətirdiyi robotlaşdırılmış birdəfəlik dərman təyini və paylama sistemi bəhs etdiyimiz tibb müəssisəsinin mütəxəssisləri tərəfindən hazırlanmış uğurlu innovativ layihədir. Bu iddialı layihənin uğuru əczaçıların və tibb bacılarının gündəlik fəaliyyəti ilə əlaqəli bir neçə mühüm göstərici əsasında qiymətləndiriləcək:
- tibb bacıları üçün vaxta qənaət;
- dərman qəbulu prosesində yol verilən səhvlərin azaldılması;
- tibbi tullantıların həcminin minimuma endirilməsi;
- aptekə və bütövlükdə xəstəxanaya iqtisadi nöqteyi-nəzərdən müsbət təsir göstərilməsi.
Sonda qeyd etmək lazımdır ki, Oulu Universitetinin Klinikasında istifadəyə verilmiş bu intellektual sistemin tətbiqi xəstəxana əczaçılıq praktikasında irəliyə doğru mühüm innovativ addım kimi dəyərləndirilir.
Tibbi xidmətlərin inkişafına dayanıqlı və sistemli yanaşma bu layihənin uzaqgörənliyini vurğulamaqla yanaşı, Oulu Universiteti Klinikasının ağıllı səhiyyə innovasiyalarında lider mövqeyini göstərir.
Dünyanın ən "ağıllı" xəstəxanası pasiyentlərinə, onların ailələrinə və qohumlarına, eləcə də özünün tibbi personalına hərtərəfli və humanist münasibət göstərir. O, gələcəyə uzunmüddətli baxış bucağından nəzər salmaqla, öz yenilikçi prinsiplərini davam etdirir, inkişaf yolunda davamlı öyrənmək və tətbiq etmək yanaşmasını göstərir.
2030-cu ilədək dünyanın ən "ağıllı" xəstəxanası olmaq istəyən Oulu Universiteti Klinikası öz məqsədinə çatmaq üçün əzm və inamla irəliləyir. Qısa zamanda yeni - "ağıllı" binasının (smart hospital) tikintisini başa çatdırmağa çalışır.
-
Anevrizma xəbərdarlığına rəğmən nənə nəvəsinə donor olduƏn çox oxunanlar22 May 2026484
-
Qadın sağlamlığının qorunmasında müasir tibbin çağırışları və multidissiplinar həllər konfrans müzakirəsindəƏn çox oxunanlar25 May 2026450
-
Bioetika, təlimlər və startap uğuru - Qırğızıstan Tibb Akademiyasının heyətinin ATU səfəri yekunlaşdıƏn çox oxunanlar22 May 2026328
-
Kardio-onkologiyada süni intellekt həlləri ekspertlərin müzakirəsindəƏn çox oxunanlar21 May 2026298
-
"Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib -Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar21 May 2026294
-
Pediatrlar və neonatoloqlar üçün mühüm elmi-praktiki kurs keçiriləcəkƏn çox oxunanlar21 May 2026284
-
WUF13: Əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması diqqət mərkəzindəƏn çox oxunanlar21 May 2026278
-
"Multidisiplinar Radiologiya Forumu" keçiriləcəkƏn çox oxunanlar30 May 2026274
-
Polis kursantlara sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə mövzuları tədris olunduƏn çox oxunanlar22 May 2026216
-
Səhiyyə Nazirliyinin Pediatriya İnstitutunda vakant yerlərə qəbul başlayıbƏn çox oxunanlar23 May 2026212
-
Azərbaycanlı alim Ankarada beynəlxalq kadavra təlim kursunda mühazirə oxuyub və praktik dərslər keçibƏn çox oxunanlar23 May 2026178
-
5 aylıq körpə üzərində nadir ürək əməliyyatı uğurla icra olunubƏn çox oxunanlar25 May 2026178
-
Vətən müharibəsi qazisinin mərhələli cərrahi əməliyyatı uğurla icra olunubƏn çox oxunanlar24 May 2026152
-
Süni intellekt və robotik texnologiyalar kardiologiyanın gələcəyini müəyyənləşdirir - Türk dünyası alimləri BakıdaƏn çox oxunanlar25 May 2026142
-
Qadın və uşaq sağlamlığı üzərində qurulan gələcəyə doğruƏn çox oxunanlar25 May 2026136
-
Helicobacter Pylori nə vaxt mütləq müalicə olunmalıdır?Ən çox oxunanlar25 May 2026136
-
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunubƏn çox oxunanlar26 May 2026112
-
Ümumdünya Qalxanabənzər Vəzi Günü qeyd olunurƏn çox oxunanlar25 May 2026106
-
Uşaqlarda sidik qaçırma barədə nələri bilməliyik? – Ekspert çıxışıƏn çox oxunanlar24 May 2026104
-
Müqəddəs Qurban Bayramınız Mübarək! - Bayram süfrəsində sağlamlığımızı necə qoruyaq?Ən çox oxunanlar27 May 202698