Azərbaycanın sağlamlıq turizmi potensialının beynəlxalq miqyasda tanıdılması və bu sahənin təbliği istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən fəal və sistemli işlər həyata keçirilir.
Azmedinfo.az xəbər verir ki, bu barədə Trend informasiya agentliyinin sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə xarici turizm sərgilərində ölkənin sanatoriya-kurort müəssisələri də iştirak edir və bu sahədə tanıtım fəaliyyətlərinə töhfə verirlər.
Məlumata əsasən, son illərdə sağlamlıq turizminə olan marağın artması ilə əlaqədar bir sıra yerli turizm şirkətləri sanatoriya və müalicə müəssisələri ilə əməkdaşlıq çərçivəsində turpaketlər hazırlayır. 2024-cü ilin statistik göstəricilərinə görə, Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən yararlanmaq məqsədilə ümumilikdə 23 272 xarici vətəndaş ölkəyə səfər edib. Onlardan təxminən 83,4%-i MDB ölkələrindən gələnlər olub.
Ən çox turist qəbul edilən ölkələr sırasında Rusiya (15 360 nəfər) birinci yerdədir. Daha sonra Qazaxıstan (2 199 nəfər), Türkiyə (1 311 nəfər), Gürcüstan (1 068 nəfər) və Özbəkistan (935 nəfər) gəlir. İlk onluğa Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus da daxildir.
Bununla yanaşı, iyulun 17-də keçirilmiş "Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupun"un iclasında müxtəlif dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak ediblər. İclasda İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, SOCAR, AMEA, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AQTA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyəti təmsil olunub.
Toplantıda əsas müzakirə mövzusu, “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli, 308 nömrəli Sərəncamının və Nazirlər Kabinetinin 8 oktyabr 2024-cü il tarixli, 515s nömrəli Sərəncamının icrasının cari vəziyyəti olub.
Həmçinin, “Naftalan” kurortunda turistlərin asudə vaxtlarının təşkili məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, sağlamlıq məqsədilə Naftalana gələn turistlərin müalicə müəssisələrindən yararlanması ilə yanaşı, onların mədəni və sosial fəaliyyətlərə çıxışı da genişləndirilməlidir. Bu baxımdan, infrastrukturun inkişaf etdirilməsi və əyləncə imkanlarının artırılması istiqamətində əlavə tədbirlərə ehtiyac olduğu vurğulanıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650