Araşdırmalar göstərir ki, bu gün yalnız müxtəlif xəstəliklərə düçar olanlar deyil, öz sağlamlığını qorumağa və möhkəmləndirməyə çalışan şəxslər də günbəgün inkişaf edən tibbi turizmin üstünlüklərindən faydalanmağa çalışırlar. Qısaca tibbi turizm səhiyyə və sağlamlıq məqsədlərinə xidmət edən səyahətlər şəklində şərh olunur.
Azmedinfo.az Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi Günel Məmmədovanın Naxçıvanda və Türkiyənin Tuzluca rayonunda yerləşən Duzdağın insanların sağlamlığına və tibbi turizmə bəxş etdiyi töhvələrdən bəhs olunan məqaləsini oxuculara təqdim edir:
Qlobal səhiyyə turizmində duz mağaralarının əvəzolunmaz mövqeyi
Bu gün tibbi turizm mütəxəssislər tərəfindən üç əsas başlıq altında tədqiq olunur:
1) sağlam həyat turizmi (spa-sağlamlıq, yaşlılara və əlillərə bərpa-reablitasiya və s. xidməti göstərən turizm);
2) medikal – müalicə turizmi;
3) termal turizm.
Sağlam həyat turizmi yaşlıların və əlillərin ehtiyaclarını ödəmək üçün etdikləri səyahətlər nəticəsində ortaya çıxan tibbi turizm istiqamətidir. Dünyanın əksər ölkəsində ahıllara və əlillərə müxtəlif xidmətlər göstərmək üçün qocalar evləri, istirahət guşələri, klinik otellər yaradılıb.
Hesablamalar göstərir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yüksək iqtisadi və rifah səviyyələri səhiyyə xərclərinin baha olmasına zəmin yaradır. Sosial təminat qurumlarının bu xərcləri ödəməkdə çətinlik çəkdiyi dövlətlərin vətəndaşları başqa ölkələrə gedib eyni xidmətləri daha sərfəli qiymətlərlə ala bilirlər. Məsələn, ABŞ vətəndaşı ehtiyac duyduğu medikal turizm xidmətini öz ölkəsi ilə müqayisədə Braziliyada 25-40 %, Tayvanda 40-55 %, Türkiyədə 50-65 %, Malayziyada 65-80 %, Hindistanda isə 65-90 % daha ucuz qiymətə ala bilir. Əlbəttə, bu kimi göstəricilər dünyanın müxtəlif ölkələrinin tibbi turizm sənayesinə mühüm təsir göstərir.
Tibbi turizmin mühüm tərkib hissəsi kimi tanınan termal turizm müəyyən temperaturda təbii olaraq səthə çıxan və tərkibində faydalı minerallar olan şəfalı suyun olduğu bölgənin iqlim şəraitində xidmət göstərən turizm növüdür.
Bu gün səhiyyə turizminin mühüm əhəmiyyət kəsb edən müalicə istiqamətlərindən biri də duz müalicəsi, yəni speleoterapiyadır. Onun astma, bronxit, sətəlcəm, xırıltı, öskürək, soyuqdəymə, xroniki obstruktiv ağciyər xəstəlikləri, tənəffüs yolu infeksiyaları, dəri xəstəlikləri, sinusit və yuxu pozğunluğundan əziyyət çəkən insanların müalicəsində mühüm rol oynadığı danılmaz faktdır. Duz mağaralarında qaldığı müddət ərzində duz mikro hissəcikləri pasiyentin ağciyərlərinə və bronxlarına nüfuz edərək aşağı və yuxarı tənəffüs yollarının hamısını təmizləyir. Stress, baş ağrısı, depressiya kimi narahatlıqları aradan qaldırır, enerji və zehni oyanıqlıq hissi verir.
Speleoterapiyanın tarixi qədim dövrlərə gedib çıxır. Belə ki, duz mağaraları ilk dəfə eramızdan əvvəl IV-V əsrlərdə Yunanıstanda din xadimlərinin diqqətini çəkib. Mağaraların içərisində olan insanların nəfəs almasının yaxşılaşması Qədim Roma və orta əsrlərdə fəaliyyət göstərən mədənçilər tərəfindən də müşahidə olunub. II əsrdə yazılmış qədim Hindistana aid “Ramayama” poeması duz mağarasına sığınan yorğun əsgərlərin oranın havası ilə nəfəs aldıqdan sonra möcüzəvi şəkildə tez bir zamanda gücünü bərpa edərək düşmənlərinə qalib gəldikləri təsvir edilir.
1871-ci ildə İtaliyanın Florensiya yaxınlığındakı Toskana bölgəsində yerləşən stalaktit və stalaqmitlərdən ibarət mağaralarda revmatik poliartritli xəstələrə speleoterapiya həyata keçirilməyə başlayıb.
İkinci Dünya müharibəsi zamanı bir alman həkim ağır bombardmanlardan xilas olmaq məqsədilə mağarada gizlənmiş xəstələrinin səhhətində yaxşılaşma müşahidə etdiyini bildirib. Bu müddət ərzində bronxial astmadan əziyyət çəkən xəstələrin tənəffüs çətinliyi xeyli yaxşılaşıb. Adıçəkilən mağara bu günə qədər tənəffüs yolları xəstəliklərinin müalicəsində önəmli yer tutur. Almaniyalı tədqiqatçılar burada müalicə alan pasiyentlərin məlumatları əsasında müasir speleoterapiyanın əsaslarını işləyib hazırladıqlarını bildirirlər.
1968-ci ildə Polşanın Krakov şəhərində və 1972-ci ildə Ukraynanın Ujqorod vilayətinin Solotvino şəhərində duz mağarası müalicə mərkəzləri fəaliyyətə başlayıb.
Rumıniyada 19-u astma, 11-i xroniki bronxitdən əziyyət çəkən 30 xəstə ilə aparılan klinik tədqiqatın nəticələri göstərir ki, bir il müddətində tətbiq edilən speleoterapiya müalicəsi boğaz ağrısını, burun tutulmasını, xoruldamağı, öskürəyi, bəlğəm ifrazını, riniti, eləcə də simptomatik dərman qəbulunu əhəmiyyətli dərəcədə azaldıb.
Bu gün Azərbaycanın, Türkiyənin, Qırğızıstanın, İtaliyanın, Macarıstanın, Polşanın, Almaniyanın, Ukraynanın, Rumıniyanın və başqa ölkələrin duz mədənlərində müalicələr həyata keçirilir.
Naxçıvanın duz mağarası və Duzdağ Oteli
Naxçıvanın duz mağarası dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Mağarada duz qatının qalınlığı 8,2 metrdir. İlin hər bir fəslində mağaranın daxilində havanın temperaturu 18-200, nisbi rütubət isə 24-50 % müşahidə olunur. Duz layları arasında oksigen havanın 20 %-ni faizini təşkil etdiyi üçün ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərman kimi mədh olunur. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də öz növbəsində orqanizmə müsbət təsir göstərir. Beləliklə, oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və s. kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rol oynayır.
Şəhər mərkəzindən 12,2 km aralıda olan bu mağara Müalicə Mərkəzi kimi ilk dəfə 1979-cu ildə fəaliyyətə başlayıb. Uzunluğu 300 metr, dərinliyi 110 metr olan terapiya mərkəzi 47 otaq, 128 çarpayı, yeməkxana, televiziya salonu və kitabxanadan ibarətdir. Mərkəz ikisi kişi, ikisi qadın, biri uşaqlar üçün, biri isə əyləncə bölməsi olmaqla 9 bölmədən ibarətdir.
Duzdağ Müalicə Mərkəzinin baş həkiminin verdiyi məlumata görə, allergik astma və xroniki bronxiti olan xəstələrdə şaxta havası daha çox effekt verir. Belə ki, bronxial astmalı şəxslərdə spleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir. Bronx yolları təmizlənir xəstələr havanı daha rahat alırlar.
Bu Mərkəzə ölkəmizin ayrı-ayrı regionları ilə yanaşı, dünyanın müxtəlif ölkəsindən də müraciət edən şəxslərin sayı ilbəil artır. Naxçıvanın Duzdağ Müalicə Mərkəzi regionun ən böyük müalicəvi turizm obyektidir.
İğdırın Tuzluca duz mağaraları
Türkiyədə – İğdırın Tuzluca rayonunda yerləşən mağaralardakı qaya duzu təbəqələrinin 24-37 milyon il əvvəl yarandığı ehtimal olunur. İpək Yolunun üzərində yerləşdiyi üçün xüsusilə diqqət mərkəzində olan Tuzluca astma, bronxit və xroniki obstruktiv ağciyər xəstəliyi kimi tənəffüs yolu xəstəliklərin təbii müalicə üsulu ilə mühüm əhəmiyyət kəsb edir.
2021-ci il iyunun 15-də açılan mərkəz minlərlə ziyarətçiyə sağlamlıq dəstəyi verir. Mağaranın gündəlik duz istehsal gücü 60 tondur və xəstələr üçün 2-3 saatlıq seanslar tövsiyə edilir. Hər il orta hesabla 150 min insanın ziyarət etdiyi mərkəz 55 hektar ərazidə inşa olunub.
Duzlu havanın yaratdığı xüsusi atmosfer sayəsində ziyarətçilər burada qaldıqları müddətdə həm dincəlmək, həm də sağalmaq ümidi ilə yaşayırlar. Keyfiyyətli işıqlandırması və mistik ab-havası ilə diqqət çəkən mərkəz yay aylarında sərin və geniş mühiti ilə də ziyarətçilərin diqqət mərkəzinə çevrilib.
Tuzluca Terapiya Mərkəzində konfrans zalı, yeməkxana, suvenir dükanı və elektrik avtomobillərinin enerji doldurma məntəqəsi var. Həmçinin yay aylarında sərinləmək istəyənlər üçün təbii kondisioner effekti təmin edir.
Bu Mərkəzin təklif etdiyi təbii müalicəvi imkanlar bölgədə sağlamlıq turizminə də əhəmiyyətli töhfə verir. Iğdırın bənzərsiz təbii sərvəti təkcə şəfa axtaranlar üçün deyil, həm də təbiətlə təmasda vaxt keçirmək istəyənlər üçün cəlbedici seçimə çevrilib.
Çankırı qaya duzu mağarası
Çankırı vilayətinin cənub-şərqində Balıbağı kəndində yerləşir. Paytaxt Ankaradan 130 km uzaqlıqda olan bu qaya duzu mağarasının hetlərin dövründən bəri istifadə olunduğu təxmin edilir. Mağaranın 2005-ci ildən bəri Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsi tələbələri tərəfindən hazırlanmış duz heykəllərinin sərgiləndiyi bir prospekti var. Mağaranın ətrafında karst göllərinin olması və onun turizm və rekreasiya məqsədləri üçün əlverişli şəraitinin olması buranın müalicə mərkəzi kimi xidmət göstərə bilməsinə əsas verir.
Nevşəhər – Tuzköy qaya duz mədəni
Nevşəhərdən 33 km məsafədə yerləşir. Köhnə adı Hacıbekdaş duzçağıdır.
Duz mədəninin fəaliyyəti 1987-ci ildə dayandırılıb. Özəlləşdirmə çərçivəsində 2003-cü ildə fəaliyyətə başlayan duz mədəni hazırda hasilat vermir. Tuzköy qaya duzunun kimyəvi tərkibi 35% Na, 55,77% Cl, 1,59% SO4 və digər kimyəvi maddələrdən ibarətdir.
Beləliklə, məqalədə araşdırdığımız Azərbaycan və Türkiyənin duz dağı mağaralarının turizm məqsədləri üçün istifadəsinin bölgə iqtisadiyyatına, yerli əhalinin məşğulluğuna əhəmiyyətli töhfə verəcəkləri, habelə tibb turizmin, turizmin digər sahələrinə mühüm inkişaf dinamikası bəxş edəcəkləri danılmaz faktdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650