Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən “Mother Teresa” Universitet Xəstəxana Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yeni təchiz olunmuş pediatrik sedasiya otağının açılışı olub.
Humanitar təşəbbüs çərçivəsində Heydər Əliyev Fondu tərəfindən müasir anesteziya aparatı və sedasiya otağının tam təchiz edilməsi üçün zəruri avadanlıqlar təqdim edilib. Tibbi və cərrahi prosedurlar zamanı sedasiyaya ehtiyacı olan pasiyentlər üçün nəzərdə tutulan otağın yaradılması Albaniya dövlət xəstəxanasında pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına bir töhfədir.
Bu təşəbbüs Heydər Əliyev Fondunun uşaqların sağlamlığı və rifahına yönələn fəaliyyətinin, eləcə də Azərbaycan ilə tərəfdaş ölkələr arasında humanitar əlaqələrin möhkəmləndirilməsində fəal rolunun daha bir təsdiqidir.
Açılış tədbirində Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov, “Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb müəssisəsinin kollektivi iştirak ediblər.
Səfir Anar Hüseynov Azərbaycan ilə Albaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə təşəbbüslər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsinə yönəlib.
“Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb heyəti Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edərək, bu təşəbbüsü Albaniyada pediatrik səhiyyə xidmətlərinin inkişafına töhfə kimi yüksək qiymətləndirib.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668