Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 Noyabr 2026, Çərşənbə axşamı, 11:08
Əlaqə vasitələri
Bizimlə əlaqə
Mərkəzi Neftçilər Xəstəxanasında icra olunan əməliyyatlar VIII İnvaziv Kardiologiya Konqresində canlı yayımlanıb  
24 Noyabr 2026
58
 Mərkəzi Neftçilər Xəstəxanasında icra olunan əməliyyatlar VIII İnvaziv Kardiologiya Konqresində canlı yayımlanıb   
Bakıda VIII İnvaziv Kardiologiya Konqresin elmi proqramı çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasında yerli və xarici mütəxəssislər tərəfindən 4 invaziv kardioloji prosedur – 2 TAVİ (aorta qapağının transkateter implantasiyası) və 2 koronar angioplastika icra olunaraq canlı yayımlanıb.
 
Azmedinfo.az xəbər verir ki, prosedurlardan biri zamanı Mərkəzi Neftçilər Xəstəxanasının invaziv kardioloqu Saleh Hüseynov tərəfindən Rotablator cihazından istifadə edilməklə koronar damara müdaxilə həyata keçirilib.
 
Rotablator koronar damarlarda yüksək dərəcədə kalsifikasiya olunmuş (əhəngləşmiş) aterosklerotik lövhələrin xüsusi fırlanan ucluq vasitəsilə işlənməsi və damarın sonrakı müdaxiləyə hazırlanması üçün istifadə olunan müasir invaziv kardioloji cihazdır.
 
Konqres iştirakçıları əməliyyatların gedişini birbaşa izləmək, klinik halları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.
 
 
Ən çox oxunanlar