Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanır
20 Noyabr 2026
646
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 104-cü ildönümünə həsr olunmuş “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplunun hazırlanması istiqamətində işlərə başlanılıb.

 

Azmedinfo.az xəbər verir ki, İnstitutun klinik təcrübəsində müşahidə edilən və müalicəsi aparılan nadir xəstəliklərə dair elmi-praktik məcmuələrin nəşri müəssisədə artıq ənənəyə çevrilib. Belə ki, “Nadir xəstəliklər: şəxsi təcrübəmiz” seriyasının ilk iki buraxılışı Ulu Öndərin anadan olmasının 102-ci və 103-cü ildönümləri münasibətilə işıq üzü görüb. İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və xarici ölkələrin tibb müəssisələri, elmi mərkəzləri ilə təcrübə mübadiləsinin təmin olunması məqsədilə bu nəşrlər Azərbaycan və ingilis dillərində çap edilir.

 

Müəssisənin beynəlxalq tərəfdaşlıq şəbəkəsi Türkiyə, Rusiya, İsrail, İtaliya, Ukrayna, Latviya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın aparıcı pediatriya, uşaq cərrahiyyəsi və digər ixtisaslaşmış tibb qurumlarını əhatə edir.

 

Mövcud ənənənin davamı olaraq, növbəti nəşrin ərsəyə gətirilməsi üçün institutun elmi əməkdaşlarından ibarət Təşkilat Komitəsi yaradılıb. Məcmuənin çapı ilə yanaşı, nadir xəstəliklərin diaqnostikası, müalicə üsulları və institutun klinik təcrübəsinin müzakirəsinə həsr olunan ənənəvi illik elmi-praktik konfransın keçirilməsi də planlaşdırılır.

 

Ən çox oxunanlar